Leyva “Latsio”da ilin ən yaxşı futbolçusu seçildi

İtaliyanın “Latsio” futbol klubunun yarımmüdafiəçisi Lukas Leyva ardıcıl ikinci dəfə komandada ilin ən yaxşı futbolçusu seçilib.

Etikxeber.az klubun saytına istinadla xəbər verir ki, 31 yaşlı braziliyalı futbolçu klubun azarkeşləri arasında keçirilən səsvermədə 79 faiz səs toplayaraq komanda yoldaşlarını böyük fərqlə geridə qoyub.

Ciro İmmobile 13 faiz səslə ikinci, Sergey Milinkoviç isə (8 faiz) üçüncü olublar.

Braziliyalı futbolçu 2017-ci ilin yayında “Liverpul” klubundan transfer edilib. O, ötən il bu klubun heyətində 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

Yarımmüdafiəçi Braziliya millisinin heyətində 24 oyun keçirib.

Etikxeber.az

Read Previous

Yüksək vəzifəli general dünyasını dəyişdi…

Read Next

Türkiyədə gəmi batdı: ÖLƏNLƏRİN SAYI 6 NƏFƏRƏ ÇATDI – XİN DƏ AÇIQLAMA YAYDI- FOTOLAR – VİDEO – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir