“Linfild”-“Qarabağ” oyununun hakimləri müəyyənləşdi…

Şimali İrlandiyada “Linfild” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının “pley-off” matçının bütün hakimləri müəyyənləşib.

Etikxeber.az xəbər verir ki, avqustun 22-də Belfastdakı “Windsor Park”da təşkil olunacaq qarşılaşma isveçrəli hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi Sandro Sxarer olacaq. Ona Stefan De Almeyda və Bekim Zoqay kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Fedayi San yerinə yetirəcək. Hakim-inspektor Vlado Svilokos (Xorvatiya), UEFA nümayəndəsi isə Mikael Zaltser (İsveç) olacaq.

Qeyd edək ki, cavab görüşü avqustun 29-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Etikxeber.az

Read Previous

“Bizdə aqranomlara, baytarlara, mexaniklərə, yaxşı işıq, qaz ustalarına ehtiyac var” – DEPUTAT GƏNCLƏRƏ SƏSLƏNDİ

Read Next

“Bu insanların qəhrəmanlığı qarşısında baş əyirəm” – MEHRİBAN ƏLİYEVA – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir