Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Millət vəkili, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcması” İctimai Birliyinin (İB) rəhbəri Tural Gəncəliyev parlamentin İnsan hüquqları komitəsinin bugünkü iclaslnda Livan ermənilərinin işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırılması məsələsinə toxunub.
Etikxeber.az-ın xəbərinə görə, millət vəkili işğalçı dövlətin Livanda baş vermiş faciədən sonra Livan erməniləri və erməni ailələrini işğal olunmuş Azərbaycan ərzilərində qeyri-qanuni şəkildə yerləşdirməsinə, qansuz məskunlaşdırma siyasəti aparmasına etirazını bildirib, bunun yolverilməz və cinayət əməli olduğunu bildirib.
Millət vəkili beynəlxalq birliyi də bu məsələyə səssiz qalmamağa səsləyib.
“Livan ermənilərinin Dağlıq Qarabağda, işğal olunmuş ərazilərimizdə yerləşdirilməsi, qanunsuz məskinlaşdırmanın aparılması hər birimizi narahat edir. Bu, yolverilməz və qəbuledilməzdir, işğalçılıq siyasətinin davam etdirilməsi deməkdir. Erməni ailələrinin azərbaycanlıların evlərinə, o cümlədən, şəxsən mənim vaxtilə yaşadığım evə köçürülməsi, onların orada yaşaması, bu mənzərəni seyr etmək çox ağrıdıcı və narahatedicidir…
Dİgər tərəfdən, biz beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərin sayını artırmalıyıq. Biz Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə birgə bu görüşləri, əməkdaşlığl genişləndirməliyik”-deyə, o, əlavə edib.
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az