Livan erməni ailələrindən biri millət vəkili Tural Gəncəliyevin-ŞUŞADAKI EVİNƏ KÖÇÜRÜLÜB…

Millət vəkili, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcması” İctimai Birliyinin (İB) rəhbəri Tural Gəncəliyev parlamentin İnsan hüquqları komitəsinin bugünkü iclaslnda Livan ermənilərinin işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırılması məsələsinə toxunub.

Etikxeber.az-ın xəbərinə görə, millət vəkili işğalçı dövlətin Livanda baş vermiş faciədən sonra Livan erməniləri və erməni ailələrini işğal olunmuş Azərbaycan ərzilərində qeyri-qanuni şəkildə yerləşdirməsinə, qansuz məskunlaşdırma siyasəti aparmasına etirazını bildirib, bunun yolverilməz və cinayət əməli olduğunu bildirib.

Millət vəkili beynəlxalq birliyi də bu məsələyə səssiz qalmamağa səsləyib.

“Livan ermənilərinin Dağlıq Qarabağda, işğal olunmuş ərazilərimizdə yerləşdirilməsi, qanunsuz məskinlaşdırmanın aparılması hər birimizi narahat edir. Bu, yolverilməz və qəbuledilməzdir, işğalçılıq siyasətinin davam etdirilməsi deməkdir. Erməni ailələrinin azərbaycanlıların evlərinə, o cümlədən, şəxsən mənim vaxtilə yaşadığım evə köçürülməsi, onların orada yaşaması, bu mənzərəni seyr etmək çox ağrıdıcı və narahatedicidir

Dİgər tərəfdən, biz beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərin sayını artırmalıyıq. Biz Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə birgə bu görüşləri, əməkdaşlığl genişləndirməliyik”-deyə, o, əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Komitə iclasları regionlarda da keçirilsin…”-NAQİF HƏMZƏYEVDƏN MARAQLI TƏKLİF

Read Next

“Tofiq Yaqublu məsələsində bolşevik yanaşması özünü göstərir…”-RAZİ NURULLAYEVDƏN ETİRAZ – BƏHRUZ MƏHƏRRƏMOV NƏYİ TÖVSİYƏ ETDİ? – ZAHİD ORUC BU HAQDA NƏ DEDİ? – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir