“Liverpul” Sadio Mane ilə müqaviləni uzadır?

İngiltərənin “Liverpul” klubunun rəhbərliyi seneqallı hücumçusu Sadio Mane ilə müqavilənin müddətini uzatmaq niyyətindədir.

Etikxeber.az xəbər verir ki, “Liverpul” 26 yaşlı futbolçunun illik məvacibini artırmaqla onunla yeni müqavilə imzalamağı planlaşdırır.

mane

Sadio Mane ilə hazırkı müqavilə 2021-ci ilədək qüvvədədir. “Liverpul” rəhbərliyi klubun aparıcı oyunçularından sayılan braziliyalı Roberto Firmino və misirli Məhəmmed Salah ilə müqavilələri artıq yeniləyib. Hər iki futbolçu ilə 2023-cü ilədək müqavilə imzalanıb.

S.Mane 2016-cı ildə “Sauthemton” klubundan 40 milyon avroya transfer olunub. Seneqallı hücumçu “Liverpul”un heyətində meydana çıxdığı 73 matçda 33 dəfə rəqib qapılarına yol tapıb.

Etikxeber.az

 

Read Previous

Əliyev Viner-Usmanovanı “Dostluq” ordeni ilə təltif etdi

Read Next

Prezident bir qrup dövlət qulluqçusunu təltif etdi – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir