Liviya ordusu Benqazi şəhərini terrorçulardan tam azad etdi

Liviya milli ordusu Benqazi şəhərini terrorçulardan tam azad edib.

Etikxeber.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Milli Ordunun komandanı Xəlifə Xaftar bəyan edib.

“Terrorçular və onların havadarlarına qarşı 3 ildən çox aparılan mübarizə qələbə ilə sonuclandı. Benqazi artıq tam olaraq azad olunub”-deyə, X.Xaftar bildirib.

2014-cü ildən etibarən Liviya milli ordusu İŞİD və “Əl Qaidə” terror təşkilatları ilə əlaqəli ekstremistlərlə mübarizə aparırdı.

Qeyd edək ki, 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsvermə nəticəsində seçilmiş parlament ölkənin şərqindəki Tobruk şəhərində, Faez Sərracın rəhbərliyi ilə Milli Barışıq Hökuməti isə Tripolidə yerləşir. Tobrukdakı hökumət həmçinin general Xəlifə Xaftarın ordusu ilə birgə radikal islamçılara qarşı mübarizə aparır.

Etikxeber.az

Read Previous

Mərkəzi Afrika Respublikasında dəhşətli yol qəzası: 78 nəfər ölüb, 72 nəfər xəsarət alıb

Read Next

Mənzildə 80 yaşlı qadının meyiti tapıldı- BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir