London da “Könlüm keçir Qarabağdan” dedi – XAN ŞUŞİNSKİ FONDUNUN NÖVBƏTİ UĞURU – FOTOLAR

Bugünlərdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Xan Şuşinski Fondunun birgə təşkilatçılığı ilə Londonda yerləşən Rossotrudniçestvo evində “Könlüm keçir Qarabağdan” adlı konsert proqramı düzənlənib.

Etikxeber.az xəbər verir ki, tədbiri Rossotrudniçestvo evinin direktoru açaraq muğamı Azərbaycan xalqının tarixi və mədəniyyətini əks etdirən ən güclü xəzinəsi adlandırıb.

Daha sonra çıxış edən Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyeva muğam və onun tarixi barədə qonaqlara məlumat verərək Qarabağın, Şərqin konservatoriyası adlandırılan Şuşanın muğamın beşiyi olduğunu nəzərə çatdırıb.

Sonra Azərbaycanın Xalq artisti, tanınmış tarzən Fikrət Verdiyev, gənc kamança ustası Toğrul Əsədullayev, tanınmış muğam ifaçıları Ehtiram Hüseynov Sevinc Sarıyevanın təqdimatında milli musiqi parçaları səsləndirilib. Azərbaycan muğamlarının və xalq mahnılarının ifa olunduğu konsert “Qarabağ şikəstəsi” ilə başa çatıb.

beyim-3

beyim-4

Konsertdən sonra çıxış edən Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Tahir Tağızadə qonaqlara bəxş etdikləri gözəl əhval-ruhiyyəyə görə musiqiçilərə təşəkkür edib.

O, muğamın universal dilinin olduğunu və ümumilikdə incəsənətin bütün mədəniyyətlərdən olan insanları bir araya gətirən məfhum olduğunu qeyd edib.

Bildirib ki, muğamın beşiyi Qarabağdır və bu cür konsertlər yenidən öz doğma vətəninə qaytarılmalıdır.

Tədbirdə Britaniyada yaşayan azərbaycanlılar, Azərbaycanın dostları, media nümayəndələri, Britaniyadakı diplomatik korpusun üzvləri, o cümlədən Sloveniya, Slovakiya, Tacikistanın Britaniyadakı səfirləri daxil olmaqla 100-dən çox qonaq iştirak edib.

Sonda qonaqlara Azərbaycanla bağlı suvenirlər və Azərbaycan çayı hədiyyə edilib.

Etikxeber.az

Read Previous

“Azərbaycan yüksəlməkdə, Ermənistan enməkdə, çökməkdədir…” – DEPUTAT

Read Next

“Paşinyan göstərdi ki, münaqişə ilə bağlı Brayzanın deyil, özünün məlumatı yoxdur” – TURAL GƏNCƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir