London terraktında xəsarət alanlardan 21 nəfərin vəziyyəti ağırdır

Londonda terror aktı nəticəsində xəsarət alanlardan 21 nəfərin vəziyyəti ağırdır.

Etikxeber.az-ın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İngiltərə milli səhiyyə xidmətinin açıqlamasında bildirilir.

“İngiltərə milli səhiyyə xidməti bəyan edir ki, London körpüsündə yaralanan 21 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir”, məlumatda deyilir.

Ötən gecə  “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər  insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 7 nəfər ölüb, 48 nəfər xəsarət alıb. London polisi hücumlar törətməkdə şübhəli bilinən üç şəxsi məhv edib. Böyük Britaniya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib. İnsidentlə əlaqədar 12 nəfər saxlanılıb.

Etikxeber.az

Read Previous

“Fəxr edirəm ki, Məhərrəm Əliyev kimi böyük qardaşım var”

Read Next

3 nömrəli xüsusi internat məktəbinin sakinləri IDEA Heyvanlara Qayğı Mərkəzində olublar – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir