Londonda növbəti terrakt?! – 1 nəfər öldü,10 nəfər yaralandı – FOTOLAR – YENİLƏNİB

Londonda məscidin yaxınlığında naməlum şəxslər avtomobili kütlənin üzərində sürüblər.

Daha sonra bıçaqla silahlanmış şəxs avtomobildən düşərək insanlara hücum edib.

Etikxeber.az KanalD-yə istinadən xəbər verir ki, insident nəticəsində ən azı 10 nəfər xəsarət alıb.

Hadisənin törədən avtomobildə 3 nəfərin olduğu bildirilir. Onlardan biri polis tərəfindən saxlanılıb, digər iki nəfər isə qaçmağa müvəffəq olub.

london-2

Hadisənin terrorla əlaqəli olub-olmaması araşdırılır.

Hələ ki, rəsmilər bu barədə açıqlama verməyiblər.

***

Son məlumata görə, hadisə zamanı 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

Etikxeber.az

Read Previous

Fazil Mustafa nədən Əli Mirəliyevi dəstəkləyən yazı yazdı?

Read Next

Akşənər yenə Baxçalıya “od” püskürdü…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir