“Lotuluq meydanı deyil…”-KAMİL HƏMZƏOĞLU YAZDI

Bəs, deyirdiniz qoca kişidir, bu gün-sabahlıqdır, bir ayağı burada-bir ayağı…dadır?

Qoca kişidir, axı, ondan nə istəyirlər, nə üstünə düşüblər ey, niyə hər şeyi onun üzərinə atır, bütün günahı onda görürlər?

Axı, onun bu yaşdan sonra nə iddiası ola, hansı iddiaya düşə bilər?

Bəs nə oldu? Haradasınız bunu deyənlər, illərdir söyüb…, bir anda onu mələksima edənlər?

Niyə səsiniz, səmiriniz gəlmir, cınqırınız çıxmır?

İndi gördünüzmü bir ayağı burada, bir ayağı…olanın dirilməsini, meydan oxumasını, əzələ nümayişinə qalxmasını?!

İndi gördünüzmü necə dirildi, necə diriltdilər arxasında on illərdir duranlar?!

Mənim sadəcə, müxalifətli-iqtidarlı… bəzi “siyasətçilərə”, cümlə yaza bilməyib, amma Zərdabilik, Mirzə Cəlillik…iddiasında olanlara, hər şeydən danışanlara, hərşeyşünaslara, belaruslara, lara, lərə…ərişdə kəsənlərə yazığım gəlir…

Bildikləri, anladıqları, dünyamızda, ətrafımızda, ölkəmizdə baş verənlərdən öyrəndikləri bir şey yox…

Xüsusilə də, bir çox müxaliflər…Elə bu düşüncə ilə də ortada hələ çox…döyəcəklər…

Amma heç kim unutmasın ki, bu ölkənin, bu dövlətin qurucuları var-Rəsulzadə, Elçibəy və Əliyev!!!

Bu ölkənin yiyəsi, hakimi, sahibi var-İlham Əliyev, eyni zamanda, onun ən yaxın silahdaşı Mehriban xanım!!!

Artıq çoxları olanlardan, olmuşlardan…ibrət götürsün, nəticə çıxarsın və özlərinə gəlsin...

Lotuluq meydanı deyil…Dövlətlə dövlətlik etməkdən əl çəksinlər…

Kimlərsə özlərini qanunlardan yuxarı apara bilməz və aparmamalıdır…

Kimlərsə özlərini dövlətin, qanunların fövqündə görə bilməz və görməməlidir…

Toy müqəddəsdir…, hər kəsin, hər bir gəncin, övladı olan bir ailənin haqqıdır…

Ancaq qanunlar da hamı üçün eynidir, mütləqdir və hamı da qanunlara tabe olmağa borcludur-mehdiyevlər də, onların xeyir işinə qatılanlar da, acıq verənlər də, digərləri də…

Birinə toy edib, hava atmağa, dövlətə, qanunlara, qərarlara meydan oxumağa…imkan yaradıb, digərinin toy haqqına qadağa qoyub, dövlətdən incik salmaq, dövlətin üzərinə qaldırmaq olmaz…

Olaqcaqsa, hamı üçün, olmayacaqsa, yenə də hamı üçün…

Yeri gəlmişkən, Qurban Məmmədovun da qərbi azərbaycanlıları təhqir etməsi, aşağılaması…öz “ağlı”nın məhsulu…deyildi…

Bu ədəbsizliyin və tərbiyəsizliyin arxasında dayananlar da elə məhz toy etmək adı altında dövlətə, qanunlara meydan oxuyanlar, bir ayağı burada, bir ayağı…olanlardır…

Heç nə təsadüfi deyil…

Ona görə də hər kəsə yeri və məkanı tanıdılmalıdır, qanunların sərt üzü göstərilməlidir-kim olursa-olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Məsələ Rusiya və ya Türkiyə ilə bağlı narahatçılıq deyil, məlum şəbəkənin yönləndirməsi ilə qaralama kampaniyası aparmaqdır”-FAZİL MUSTAFADAN ZAHİD ORUCA DƏSTƏK

Read Next

“Problemləri nəzarətə götürdük, aidiyyatı strukturların diqqətinə çatdırmaqla, həllinə çalışacağıq”-İŞIQLAR SÖNDÜRÜLDÜ, AMMA MİLLƏT VƏKİLİ QƏBULUNA DAVAM ETDİ…- FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir