İtaliyanın “İnter” klubunun İngiltərənin “Mançester Yunayted” komandasından transfer etmək istədiyi Romelu Lukakun illik məvacibi açıqlanıb.
Etikxeber.az xarici KİV-lərə istinadla ki, belçikalı futbolçu illik 10,6 milyon avro qazanc əldə edəcək.
Transferin iyunun 25-də rəsmi açıqlanması gözlənilir.
Lukaku 2017-ci ildə “Everton” klubundan 84,5 milyon avroya və beşillik müqavilə ilə “qırmızı şeytan”ın heyətinə keçib. O, “Mançester Yunayted”in heyətində 45 oyun keçirib 15 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
İyirmi altı yaşlı hücumçu Belçika millisi ilə 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının bürünc mükafatçısıdır. Romelu millidə 81 oyuna 48 qol vurub.
O, həmçinin Belçika millisinin tarixində ən çox qol vuran futbolçudur.
Etikxeber.az