Lukaşenko noyabrın 28-29-da Azərbaycana rəsmi səfər edəcək

Belarus prezidenti Aleksandr Lukaşenko noyabrın 28-29-da Azərbaycana rəsmi səfər edəcək.

Etikxeber.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfər zamanı onun Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibli görüş keçirməsi gözlənilir. Tərəflər Belarus-Azərbaycan münasibətlərinin hazırkı durumu və inkişaf perspektivlərini, o cümlədən ticarət və iqtisadi əməkdaşlıq, korporasiya layihələri, investisiya, kənd təsərrüfatı və idman sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Danışıqların yekununda bir sıra sənədlərin imzalanması gözlənilir.

Aleksandr Lukaşenko baş nazir Artur Rəsizadə ilə də görüşəcək.

Etikxeber.az

Read Previous

Həlak olmuş neftçilərin xatirəsinə abidə qoyulacaq

Read Next

Türkiyə də miqrant köçünün Avropaya axınının qarşısını aça bilər – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir