Go to...
    EtikXəbər EtikXəbər
    • ANA SƏHİFƏ
    • SİYASƏT
    • GÜNÜN SİTATLARI
    • İQTİSADİYYAT
    • SOSİAL
    • MƏDƏNİYYƏT-İNCƏSƏNƏT-DİN
    • İDMAN
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • VİDEO
    • Əlaqə
    Go to...

      Məcburi köçkünlərə növbəti güzəşt: Qanunlara bununla bağlı dəyişiklik edilir…

      Oktyabr 1, 2018
      0 Comments
      0

      Oktyabrın 1-də Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin iclası keçirilib.

      Etikxeber.az xəbər verir ki, komitə sədri Eldar İbrahimov iclasın gündəliyini təqdim edib.

      eldar-bdu

      Əvvəlcə “Tütün və tütün məmulatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub. Bildirilib ki, sənəddə edilməsi nəzərdə tutulan dəyişikliklər “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli Qanununa uyğunlaşdırmaq məqsədi daşıyır.

      İclasda, həmçinin “Fitosanitar nəzarəti haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi birinci oxunuşda nəzərdən keçirilib. Dəyişikliyə əsasən Qanuna 34.5-ci maddə əlavə edilir. Maddədə deyilir: “Bu Qanun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir”.

      Daha sonra “Torpaq bazarı haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarında dəyişikliklər edilməsi barədə qanun layihəsinə baxılıb. Dəyişikliklərə əsasən, “Torpaq bazarı haqqında” Qanunun 8-ci maddəsinə “Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir” məzmunlu ikinci hissə əlavə edilir. Məcburi köçkünlərə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Qanunun 10-1-ci maddəsinə uyğun olaraq həyata keçiriləcək.

      İclasda, həmçinin “Baytarlıq haqqında”, “Yeyinti məhsulları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, eyni zamanda, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihələrinə də baxılıb.

      Kamil HƏMZƏOĞLU

      Etikxeber.az

      Paylaş :
      • Facebook
      • Twitter
      • Google+
      • Pinterest
      • Linkedin
      • Email
      Növbəti xəbər
      Ziyafət Əsgərov deputatlara hirsləndi: SƏS VERİN DƏ?!
      Öncəki xəbər
      Parlamentin payız sessiyasında təkliflər “sel kimi” axışdı, qarşılıqlı ittihamlar göydə uçuşdu… – YENİLƏNİB

      Digər xəbərlər

      • CƏMİYYƏT, SOSİAL Fevral 17, 2019

        Mehriban Əliyevanın adından “İmamzadə”də

        Mehriban Əliyevanın adından  “İmamzadə”də ehsan verildi – FOTO
        CƏMİYYƏT, İDMAN Fevral 17, 2019

        Bu klub heyətinə daha bir

        Bu klub heyətinə daha bir futbolçu  cəlb etdi
        AKTUAL, CƏMİYYƏT Fevral 17, 2019

        Sadiq və sədaqətli! - DEPUTAT

        Sadiq və sədaqətli! – DEPUTAT ÖZ HƏMKARI HAQDA YAZDI
      • CƏMİYYƏT, REPORTAJ Fevral 16, 2019

        "Növbəti tarixin anların şahidləriyik ki..."

        “Növbəti tarixin anların şahidləriyik ki…” – ELDƏNİZ SƏLİMOV
        CƏMİYYƏT, İQTİSADİYYAT Fevral 16, 2019

        Millət vəkili prezidentin son sərəncamlarından

        Millət vəkili prezidentin son sərəncamlarından danışdı…
        AKTUAL, REPORTAJ Fevral 16, 2019

        "Nə özünü, nə sədrini, nə

        “Nə özünü, nə sədrini, nə partiyanın adını tanıyan var, amma…” – YAP RƏSMİSİ

      Son xəbərlər

      • Mehriban Əliyevanın adından “İmamzadə”də ehsan verildi – FOTO

        Fevral 17, 2019

      • Bu klub heyətinə daha bir futbolçu cəlb etdi

        Fevral 17, 2019

      • Sadiq və sədaqətli! – DEPUTAT ÖZ HƏMKARI HAQDA YAZDI

        Fevral 17, 2019

      • 50 yaşlı Siyavuş Novruzov “Şöhrət” ordeni ilə təltif olundu – SƏRƏNCAM

        Fevral 16, 2019

      • Ən təhlükəsiz avtomobillərin reytinq siyahısı açıqlandı

        Fevral 16, 2019

      • “Növbəti tarixin anların şahidləriyik ki…” – ELDƏNİZ SƏLİMOV

        Fevral 16, 2019

      • Millət vəkili prezidentin son sərəncamlarından danışdı…

        Fevral 16, 2019

      • “Nə özünü, nə sədrini, nə partiyanın adını tanıyan var, amma…” – YAP RƏSMİSİ

        Fevral 16, 2019

      • “Sumqayıt” Keşavarzdan imtina etdi

        Fevral 16, 2019

      • Daşınar əmlakın yüklülüyü ilə bağlı cəzalar müəyyənləşdi

        Fevral 15, 2019

      • Adil Əliyevlə Rauf Əliyevi kimlər əvəzləyəcək? – DƏYİŞİKLİK

        Fevral 15, 2019

      • Ölkə vətəndaşları himni ayaqüstə, farağat vəziyyətində oxumalıdırlar – TƏLƏB

        Fevral 15, 2019

      • 5 dövlət komissiyasının tərkibi dəyişdirildi – SİYAHI

        Fevral 15, 2019

      • Prezident Tovuz, Sabirabad və Salyan rayonlarına üst-üstə 33,3 milyon manat ayırdı – SƏRƏNCAM(LAR)

        Fevral 15, 2019

      • “Reallıq tələb edir ki, “Reklam haqqında” qanuna dəyişikliklər olunsun” – ZİYAD SƏMƏDZADƏ

        Fevral 15, 2019

      Bütün hüquqlar qorunur