“Mədəniyyət çalıb-oynamaq deyil…” – JALƏ ƏLİYEVA

“Azərbaycan Sizin sözünüzü gözləyir”. Düz 25 il öncə Azərbaycandan, Bakıdan Naxçıvan Muxtar Respublikasına, mərhum dövlət başçısı Heydər Əliyevə Azərbaycan ziyalılarının müraciəti getdi və müraciət həmin sözlərlə başladı.  Bu müraciəti nəzərə alaraq, düz 25 il öncə Naxçıvanda böyük öndərimiz Heydər Əliyevin sədrliyi ilə möhtəşəm bir partiyanın-Yenin Azərbaycan Partiyasının təməli qoyuldu. O patiyanın ki, cəmi bir ildən sonra hakimiyyətə gəldi və düz 25 ildir ki, Azərbaycan inkişafdan-inkişafa doğru aparır. Yəni, bunu xatırlamaqda məqsədim odur ki, biz budcəni belə əlamətdar, tarixi günlər ərəfəsində müzakirə edirik”.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin  (MM) Mədəniyyət  komitəsinin sədr müavini, professor  Jalə Əliyeva parlament komitələrinin birgə iclasında  gələn ilin büdcə zərfinin  müzakirəsi zamanı bildirib.

Sonra büdcə zərfinə toxunan millət vəkili bu ali iqtisadi sənəddə mədəniyyət sahəsinə daha çox diqqət ayrılmasının vacibliyini deyib.

“Mədəniyyət heç də çalıb-oynamaq, kino çəkmək deyil. Mədəniyyət daha geniş məhfumdur və bu sahəyə büdcədə daha ciddi önəm verilməlidir. Bəzən çəkilən milli seriallarımızın, filmlərimizin səviyyəsindən şikayətlənirik, burada haqlı məqamlar da var. Amma gəlin görək ayrılan vəsaitlə normal, peşəkar, hamının sonadək maraqla, həyəcanla izləyə biləcəyi film, sesrial çəkmək mümkündürmü? Əlbəttə ki, xeyr! Odur ki, film, serial, kino çəkilişlərinə ayrılan vəsaitin həcmi artırılmalıdır. Regonlardakı kitabxanaların vəziyyəti ürəkacan deyil. Kitabxanların vəziyyətinin yaxşılaşdırılması məsələsi də büdcədə diqqətə alınmalıdır…”-deyə, J. Əliyeva daha sonra sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Bu, laqeydlikdirmi? Bu, nə deməkdir?” – ARİF RƏHİMZADƏDƏN KƏSKİN ETİRAZ

Read Next

“Hakimlərin sayı azı iki dəfə artırılmalıdır…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir