Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Parisdə XII əsrə aid Notre Dam kilsəsində baş verən dəhşətli yanğından çox mütəəssir oldum.
850 yaşı olan kilsə tək fransız xalqının deyil, ümumilikdə bəşəriyyətin çox qiymətli bir sərvəti idi.
İlk dəfə mən onu 20 il əvvəl gördüm və möhtşəmliyinə heyran oldum.
Əsas heyranlığım isə onun müxtəlif hökmdarlar dövründə daha da əzəmətli edilməsi üçün böyük işlərin görülməsi idi.
Təəssüf ki, onu qoruya bilmədilər.
Bu gün bütün dünya fransız xalqının bu ağır dərdinə şərik olur.
Dünya yaddan çıxarmasın ki, Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarında da dünya mədəniyyətinin inciləri olan minlərlə abidələr var.
Çox təəssüflər ki, Fransa cəmiyyətinin bir hissəsi işğala və Ermənistan tərəfindən mədəniyyət abidələrimizin dağıdılmasına biganə qaldı, bəzi hallarda isə işğalçıları müdafiə etdi.
Mədəniyyəti isə varvarlıq və etinasızlıq məhv edir.
Aydın MİRZƏZADƏ,
Millət vəkili
Etikxeber.az