“Məgər Fransada tam demokratiyadır?” – JAN-LÜK REYSTER

Jan-Lük Reytser: Azərbaycanla müqayisədə Parisdə daha çox başı örtülü qadınlara rast gəlirik

Mən bilmirdim ki, Azərbaycan iqtisadi cəhətdən  bu qədər inkişaf etmiş ölkədir .

Etikxeber.az  məlumat verir ki, bunu bu gün Milli Məclisdə (MM) keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda iştirak edən Avropa Parlamentinin İngiltərədən olan üzvü Netan Gill bildirib. Gill deyib ki, Avropa Parlamentində (AP) gördüləri barədə məlumat verəcək:“Siz insanları ermənilər üçün lobbiçilik etməkdən dayandıra bilməzsiniz. Ancaq siz insanlara həqiqəti göstərərək, yalanlara qarşı mübarizə apara bilərsiniz ”.

jean_luc_reitzer_260416

Fransa Parlamentinin üzvü Jan-Lük Reytser deyib ki, Azərbaycan müstəqil siyasət həyata keçirir: “Azərbaycanın Rusyia və İranla sərhədləri nəzərə alınsa, Azərbaycanın müstəqil siyasəti məni valeh edir. Azərbaycan inkişaf etməklə yanaşı, müstəqilliyini qoruyub. Azərbaycandakı tolerantlıq da məni ruhlandırır. Azərbaycan müsəlman ölkəsi olsa da, dünyəvi öir ölkədir. Biz Azərbaycanla müqayisədə Parisdə, Fransada daha çox başıörtülü qadınlara rast gəlirik. Azərbaycanda etnik azlıqlar sərbəst yaşayır. Bəziləri deyir ki, Azərbaycanda demokratiya tam deyil. Hansı ölkədə demokratyia tamdır? Fransada da demokratiya tam bərqərar olmayıb. Ona görə də insanlara deyirəm ki, Bakıya gəlin, müaşhidə edin, demokratiyanı, inkişafı görün. Azərbaycana gəlməklə reallıqları görəcəksiniz”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Bunun heç yeri deyildi…” – MİLLƏT VƏKİLİ

Read Next

“Strateji tərəfdaşlığımızın çox gözəl perspektivləri var…” – PREZİDENT – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir