Məhkəmə BMT baş katibinin qardaşı oğlunu dələduzluqda təqsirli bilib

Seul məhkəməsi BMT-nin baş katibi Pan Gi Munun qardaşı oğlunu dələduzluqda təqsirli bilib. Məhkəmənin qərarına əsasən, Pan Çu Xen Cənubi Koreya şirkətlərin birinə 590 min dollar təzminat ödəməlidir.

Etikxeber.az RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Pan Çu Xen Koreyanın Keangnam Enterprises şirkətinə məxsus Vyetnamdaki göydələnin Qətər hökumətinə satışını təşkil edəcəyinə söz verib və buna görə əvvəlcədən pul mükafatı alıb. Onun öz qohumluq əlaqələrindən istifadə edərək Qətər əmiri ilə birbaşa əlaqəyə girəcəyini bildirdiyi qeyd olunur.

Xəbərdə deyilir ki, Pan Çu Xen Qətərin şirkətə məxsus obyekti almaq istədiyi barədə saxta sənədlər hazırlayıb. 2015-ci ilin martında şirkət müflis olduğunu elan edib, şirkətin rəhbəri isə özünü öldürüb.

Qeyd olunur ki, məhkəmə hökmü qiyabi çıxarıb və Pan Çu Xen özünün təqsirkar olması barədə heç bir açıqlama verməyib.

Etikxeber.az

Read Previous

“Turizm üzrə əməkdaşlıq üçün də yaxşı imkanlar var” – ƏSƏDOV

Read Next

“Facebook” şirkəti ABŞ hüdudlarından kənarda üçüncü data-mərkəzi inşa tikəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir