Məhkəmə-Hüquq Şurası: 2017-ci ildə yüzədək namizəd hakim vəzifəsinə təyinat alacaq

2017-ci ildə yüzədək namizəd hakim vəzifəsinə təyinat alacaq.

Etikxeber.az xəbər verir ki, bunu Məhkəmə-Hüquq Şurasının aparat rəhbəri Cavid Hüseynov bu gün Milli Məclisin (MM)  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, hazırda hakim vəzifələrinə seçkilərlə bağlı növbəti seçim mərhələsi gedir və 2017-ci ilin yanvarın 1-dən etibarən hakimlərin tədrisinə balanılacaq. “2017-ci ilin sonunadək isə 100-dək namizəd hakim vəzifəsinə təyinat alacaq”– deyə, C. Hüseynov bildirib.

C. Hüseynov onu da əlavə edib ki, Azərbaycanda məhkəmə-hüquq sistemində həyata keçirilən isalhatlar nəticəsində hakimlərin sayı 300-dən 600-dək qaldırılıb:

“Amma bu da yetərli deyil. Ona görə də hakim korpusunun tam formalaşdırlması üçün işlər davam edir”.

C.Hüseynov bildirib ki, hazırda Azərbaycanda hakimlərin seçilməsi prosedur qaydası Avropa ölkələrində nümunə kimi qəbul edilir və başqa ölkələrə də bu qaydaların tətbiqi tövsiyə olunur.

Etikxeber.az

 

Read Previous

Tolerantlıq genetik yaddaşımızda kök salmış dəyərdir – DEPUTAT

Read Next

Cinayət təqibi zamanı hal şahidi olmadan əməliyyat keçirən orqan tərəfindən videoçəkiliş aparılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir