“Məhrumiyyətdən hürriyyətə” – GƏNC VƏ İSTEDADLI TƏLƏBƏNİN FİLMİNİN TƏQDİMATI – FOTOLAR

“MƏHRUMİYYƏTDƏN HÜRRİYYƏTƏ” FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLDİ   

Azərbaycan Dövlət Pedaqoji Universitetində Xəmsə sənədli filmlər seriyasına daxil olan “Məhrumiyyətdən hürriyyətə” adlı ilk sənədli filmin təqdimat mərasimi keçirildi.

Etikxeber.az xəbər verir ki,  tədbiri giriş sözü ilə açan Universitetin sosial və humanitar məsələlər üzrə prorektoru Fikrət Rzayev 28 May tarixinin Azərbaycan üçün əhəmiyyətindən danışaraq bildirdi ki, sovet tarixşünaslığında Azərbaycan Cumhuriyyəti pantürkist və panislamist dövlət kimi xarakterizə edilirdi:

“Məhz bu səbəbdən dolayı Cumhuriyyət tarixinin yenidən və daha dəqiqliklə öyrənilməsinin vacib olduğunu düşünürəm”.

kenan-2

kenan-3

F. Rzayev həmçinin Xəmsə sənədli filmlər layihəsinin müəllifi Kənan Həmzəoğlu haqqında qeyd etdi ki, o, Xəmsə layihəsinə daxil olan beş filmin həm rejissoru, həm operatoru, həm ssenari müəllifi, həm diktoru olmaqla yanaşı, eyni zamanda, bu filmlərin montajını da təkbaşına tamamlamaqla oldquca ağır bir məsuliyyətin öhdəsindən gəlib:

“Odur ki biz onun bu addımı təqdirəlayiq hesab edir və ona uğurlar arzu edirik”.

Kənan Həmzəoğlu isə öz çıxışı zamanı Cumhuriyyət qurucularının keşməkeşli talelərindən və Azərbaycan Cumhuriyyətinin şərqin dövlətçilik ənənələrinə bəxş etdiyi tövhələrdən söz açdı.

Daha sonra Kənan Həmzəoğlunun Azərbaycan Cumhuriyyətinin 101-ci il dönümünə həsr etdiyi “Məhrumiyyətdən hürriyyətə” adlı sənədli film tədbir iştirakçılarına nümayiş etdirildi.

Filmin nümayişindən sonra Azərbaycan Cumhuriyyətinin qurucusu, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə çıxış edərək Kənan Həmzəoğluna öz təşəkkürünü bildirdi və uğurlar arzuladı.

Daha sona tanınmış tarixçilər, mədəniyyət işçiləri və ictimai xadimlər çıxış edərək,  Azərbaycan Xalq Cumhuriyyəti və “Məhrumiyyətdən hürriyyətə” adlı sənədli filmlə bağlı öz təəsüratlarını bölüşdülər.

Sonda qonaqlarla xatirə şəkili çəkdirildi.

Qeyd edək ki, film 28 may saat 22:00-da – “Tarix 24” adlı youtube kanalında paylaşılacaq.

Etikxeber.az

Read Previous

Müstəqillik Vətənimizin inkişafı üçün başlıca şərtdir – MEHRİBAN ƏLİYEVA

Read Next

Prezident və ailə üzvləri Dənizkənarı Milli Parkda… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir