Məişət zorakılığı törədənlərin 92 faizi orta təhsillidir- RƏSMİ AÇIQLAMA

Azərbaycanda məişət zorakılığını törədən şəxslərin təhsil səviyyəsi açıqlanıb.

Etikxeber.az-ın xəbərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov komitənin kollegiya iclasında bildirib ki, məişət zorakılığını törədən şəxslərin 1,1%-i ali, 3,8%-i orta ixtisas, 3,2%-i ilk peşə ixtisas, 91,9%-i isə tam orta təhsillidir.
“Ailə-məişət zəminində törədilən cinayətlərə, zorakılıq hallarına gəldikdə deməliyəm ki, cinayətlərin 95,7%-i kişilərin, 4,3%-i isə qadınların payına düşür” – deyə, şöbə müdiri qeyd edib.

Etikxeber.az

Read Previous

“Azərbaycanfilm”də Ramiz Rövşənin 70 illiyi münasibətilə yubiley tədbiri keçirildi

Read Next

2026-cı ildə futbol üzrə dünya çempionatının final mərhələsi üç ölkədə keçirilə bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir