Bloger Azər Kazımzadə sosial şəbəkədə geniş rezonans doğuran audioyazı paylaşıb.
Etikxeber.az xəbər verir ki, audioyazıda təhsil naziri Mikayıl Cabbarovun, keçmiş nazir Misir Mərdanovun və digər tanınmış şəxslərin adları çəkilir.
Audioyazıda iki nəfərin əsəbi söhbəti əks olunub. İddia olunur ki, onlardan biri Xəzər rayonundakı 230 saylı məktəbin direktoru olmuş Elşən Qafarovdur, digəri isə yüksək rütbəli polis məmurudur.
Elşən Qafarovla, onun müavini Ləman Babayeva arasında narazılıq olub. İdda olunur ki, Ləman Babayeva tanış olduğu polis məmuru vasitəsilə direktoru hədələtdirib.
Həmin audioyazını təqdim edirik:
https://www.youtube.com/watch?v=LcJYHRxLOOc
Etikxeber.az