“Məktəbli paltarında olan uşaq ictimai nəqliyyatdan istifadəyə görə pul ödəməməlidir” – TƏKLİF

Əslində müəllimlər gününə ən böyük hədiyyə şagirdlərin istisnasız olaraq ictimai nəqliyyatdan ödənişsiz istifadəsi haqqında qərar ola bilərdi. Çünki bu qərar ən çox müəllimləri sevindirə bilərdi. Dərsə sıxıntı içində gələn, yaxud imkansızlıqdan. dərsə gələ bilməyən şagirdləri ilk anlayan şəxs müəllimdir. Bu qərarın verilməsi məktəblərdə dərs atmosferinə də müsbət yöndən təsir edəcək.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

“Artıq əsas qurumlara müraciətimiz tamamlandı. Bütün yönləri ilə məsələni əsaslandırmağa çalışdıq”-deyən millət vəkili qeyd edib ki, bu gün məktəbdən kənarda uşaq qalmamalıdır.

“Uşağın məktəbə çatdırılmasının yükünü yaşayış səviyyəsi aşağı olan valideynlərin boynuna qoymaq olmaz. Dövlət mütləq bu yükü götürməlidir. Məktəbli paltarında olan hər bir uşaq yaşından asılı olmayaraq ictimai nəqliyyatdan istifadəyə görə pul ödəməməlidir.

Çox az uşaq olar ki, dərsdən kənar vaxtda məktəbli forması geyib ictimai nəqliyyata minsin. Bizim təklifimiz məhz məktəbli formasında məktəbə gedib-gələn uşaqlara aiddir. Nəqliyyat qurumlarının zərərinin kompensasiyasını da büdcədən təmin ertmək mümkündür.

Düşünürəm ki, hökumət tərəfindən bu zəruri addım yaxın zamanlarda atılacaq, həm şagirdlərimizi, həm də valideynlərimizi sevindirmək mümkün olacaq”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Dövlət hesabına qəbul planı 4,6 faiz artıb – RƏSMİ

Read Next

“Müsavat” Eldar Əzizova müraciət etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir