“Məktəblilər baxmaları yasaq olan hər şeyə baxa bilir və…” – QƏNİRƏ PAŞAYEVA

Bəzi əyləncə verilişlərində uşaqlarımız söyüş, jarqonlar eşidirlər – DEPUTAT

Bu gün məktəblərimizin ətrafı demək olar ki, internet-kafelərlə sarılıdır və həmin məkanlarda uşaqların zərərlin məlumatlardan qorunması üçün heç bir şərait yoxdur.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.

Onun sözlərinə görə, valideyn uşağını məktəbə yola salır, amma onun dərsarası fasilədə nə ilə məşğul olduğuna təbii ki, nəzarət və ya dərs bitən kimi bir neçə dəqiqə gec gəlməsinə ciddi nəzarət edə bilmir. O, qeyd edib ki, məktəblərin əksəriyyətinin düz yanında internet-kafelər olduğu üçün uşaqlar bəzən bir dəqiqə ərzində ora gedə və onun baxması üçün yasaq olan hər şeyə baxa bilir:“İnternet-kafelərimizdə filtrasiya sistemi, kamera nəzarət sistemi demək olar ki, pis vəziyyətdir”.

GANİRA-MM

Ona görə də millət vəkili hesab edir ki, uşaqların bu cür yerlərdə onun üçün zərərli məlumatlardan , görüntülərdən, film və verilişlərdən qorunması üçün ciddi mexanizmlər parlamentin müzakirəsində olan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi ən azı 2-ci oxunuşda müzakirəyə çıxarılan zaman nəzərə alınmalıdır. Millət vəkili adıçəkilən sənəddə televiziya, radio kanallarının üzərinə düşən məsuliyyətlə bağlı maddələri tam dəstəklədiyini deyərək bildirib ki, çox təəssüf ki, uşaqlar bəzi hallarda televiziyalardan da zərərli informasiyalara məruz qalırlar və onların qorunmasın üçün qanunda nəzərdə tutulan maddələrin həyata keçməsinə ciddi nəzarət mexanizmləri olmalıdır: “Çox təəssüf ki, bəzi əyləncə verilişlərində uşaqlarımız söyüş, jarqonlar, onlar üçün zərərli olan bir sıra xoşagəlməz halları görür və eşidirlər. Bunlara da son qoyulmalıdır”.

Millət vəkili uşaqlarla bağlı , onların dünyagörüşünün zənginləşməsinə, tərbiyəsinə, maariflənməsinə, səviyyəli şəkildə əylənməsinə xidmət edən verilişlərin artmasını xüsusi vurğulayaraq, qanunda maarifləndirmə məsələsinə geniş yer ayrılmasını təklif edib. Q. Paşayeva bildirib ki, uşaqları zərərli informasiyalardan qorunması yolları ilə bağlı təhsil müəssilərimizdə uşaqların geniş maarifləndirməsinə böyük ehtiyac olduğu qədər, televiziyalarımızda, radio kanallarımızda, bir sözlə, mətbuat və media qurumlarında bununla bağlı, ailələrimizin, uşaqlarımızın, cəmiyyətimizin daha da geniş maariflənməsinə yer ayrılmalıdır və bu məsələnin qanunda öz əksini tapması vacibdir:

“Çünki bu məsələdə ailələrimizin və uşaqlarımızın, cəmiyyətimizin maariflənməsi çox vacib məsələdir və qanunda bunun da geniş yer tutması və bu istiqamətdə müvafiq qurumların üzərinə düşən məsuliyyətin öz əksini geniş tapması vacibdir”.

Etikxeber.az

Read Previous

İlham Əliyev Rusiyadadır… – FOTO

Read Next

“Azərbaycan enerji təhlükəsizliyinə növbəti töhfəsini vermiş oldu” – AKADEMİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir