Məlahət İbrahimqızı ilə Şahin İsmayılov MM-in komitə sədrinin müavini olacaqlar

Milli Məclisin (MM) fevralın 1-də öz işinə başlayacaq 2019-cu il  yaz sessiyasının ilk iclasında komitələrin sədr müavinləri də seçiləcək.

Etikxeber.az-ın xəbərinə görə, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini vəzifəsinə Məlahət İbrahimqızının, Gənclər və idman komitəsinin sədr müavini vəzifəsinə isə Şahin İsmayılovun namizədliyi irəli sürülüb.

malaxatttt-yeni

Yaz sessiyasının ilk iclasında hər iki deputatın namizədliyi müzakirə olunacaq və səsverməyə çıxarılacaq.

Qeyd edək ki, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini vəzifəsini 2018-ci ilin aprel ayına kimi hazırda “Dövlətqaçqınkom”un sədri olan sabiq millət vəkili Rövşən Rzayev icra edirdi.

MM-in Gənclər və idman komitəsinin sədr müavini vəzifəsini isə hazırda komitəyə sədrlik edən millət vəkili Ülvi Quliyev həyata keçirirdi.

Eyni zamanda, qeyd edək ki, adıçəkilən komitənin sədri Fuad Muradovun aprel ayında prezidentin təyinatı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsindən sonra onun yerinə müavini (Ü. Quliyev) seçilmiş, müavin postu isə boş qalmışdı.

Həmçinin xatırladaq ki, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini vəzifəsinə öncə ixtisasca hüquqşünas olan millət vəkili Çingiz Qənizadənin namizədliyi irəli sürülsə də, sonradan həmin şəxs bundan imtina etmişdi.

Odur ki, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini vəzifəsinə bu dəfə YAP-çı deputat M. İbrahimqızının namizədliyi irəli sürülüb.

Etikxeber.az

 

 

Read Previous

Qeydə alınmış cinayətlərin 99,2 faizi açılıb – HƏRBİ PROKUROR BELƏ İDDİA ETDİ – FOTO

Read Next

“Bələdiyyə sədrləri oğrudursa, tutulmalıdır da?” – FƏZAİL İBRAHİMLİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir