Məlahət İbrahimqızı NATO PA-nın tədbirinə qatılacaq

Milli Məclisin deputatı Məlahət İbrahimqızı NATO Parlament Assambleyasının 96-cı Rouz-Rout seminarında iştirak etmək üçün noyabrın 6-da Sloveniyanın paytaxtı Lyublyana şəhərinə səfər edəcək.

Parlamentin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, tədbirdə Qərbi Balkanlarda təhlükəsizliyin təmin olunması, strateji kommunikasiyanın formalaşması, bölgədə hazırkı iqtisadi durum, habelə Bosniya və Herseqovinanın inkişaf perspektivləri, Serbiyada iqtisadi islahatlar və demokratiyanın inkişafı, digər aktual mövzular ətrafında müzakirələr aparılacaq.

Deputat müzakirə olunacaq məsələlər barədə fikirlərini bildirəcək .

Səfər noyabrın 10-da başa çatacaq.

Etikxeber.az

Read Previous

Eldar Mahmudovun əmisi oğlu-köməkçisi həbs olundu

Read Next

Tramplar Yaponiyadadır…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir