Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Xalq artisti, Azərbaycan dirijorluq sənətinin ən parlaq simalarından olan dostumuz Ramiz Məlikaslanovu yenicə təltif edildiyi Azərbaycan Cümhuriyyətinin 100 illiyi medalı ilə bir daha təbrik etmək üçün Daispora ilə iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə görkəmli sənətkarımızın Bilgəhdəki bağına qonaq gəlmişdik.
Bu bağ yetərincə rəmzi bir ünvanda yerləşir.
Ramizin babası Xudadat bəy Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından idi və milli hökumətimizin bütün kabinetlərində nazir vəzifəsini daşıyıb.
Sovet repressiyalarının qurbanı olmuş Xudadat bəy kimi müstəsna Vətən övladlarının şərəfli adlarının hər yeni yüksəlişi onların təzə bəraəti, növbəti qayıdışı deməkdir.
Uzun sənət həyatı boyunca Azərbaycanda və dünyanın müxtəlif ölkələrində çox mükafatlar almış böyük sənətkarımız Ramiz Məlikaslanov layiq görüldüyü Cümhuriyyət medalını əslində şanlı babasının təltifi kimi qəbul etdiyini söyləyir.
Rafael HÜSEYNOV,
Millət vəkili
Etikxeber.az