Məmmədova bacıları “İki qəlbin nəğməsi” deyəcəklər – OKTYABRIN 30-DA – FOTOLAR

Azərbaycanın tanınan və sevilən ifaçıları, gözəl və istedadlı sənətçilər, Xalq artistləri – Gülyaz və Gülyanaq Məmmədova bacıları növbəti uğurlarına imza atmağa hazırlaşırlar.

Xanım sənətçilər – Məmmədova bacıları növbəti dəfə solo-konsert proqramı ilə sevənlərinin görüşünə gəlmək niyyətindədirlər.

Etikxeber.az-ın xəbərinə, Məmmədova bacıları artıq hazırlıqlara başlayıblar və iki ay sonra-oktyabrın 30-da Heydər Əliyev adına Respublika Sarayında solo-konsert verəcəklər.

Tanınmış sənətçilərin “İki qəlbin nəğməsi” adlandırdıqları birgə solo-konsertdə xalq və bəstəkar mahnıları, həmçinin, muğamlarımız, təsniflərimiz  ifa ediləcək.

Oktyabrın 30-da baş tutacaq solo-konsert saat 19:00-da başlayacaq və bir neçə saat davam edəcək.

gulllllll

gull

Etikxeber.az

Read Previous

“Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz” – XİN

Read Next

“Belələri şiddətli ictimai qınağa məruz qoyulmalıdır…” – VÜQAR RƏHİMZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir