Məmmədyarov ATƏT-in baş katibi ilə bir arada – BMT-DƏ – FOTO

Nyu Yorkda BMT Baş Assampleyasının 74-cü iclasında iştirakı çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Baş katibi Tomas Greminger ilə görüşdü.

Etikxeber.az xəbər verir ki, Elmar Məmmədyarov Azərbaycanın ATƏT ilə əməkdaşlığa verdiyi mühüm əhəmiyyəti Baş katibin diqqətinə çatdırdı.

Tərəflər ATƏT-Azərbaycan əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, o cümlədən Azərbaycanın iştirakı ilə həyata keçirilən və ATƏT məkanında iqtisadi inkişafa töhfə verən layihələr üzrə fikir mübadiləsi apardılar. Görüşdə, həmçinin ATƏT-lə Azərbaycan arasında mövcud əməkdaşlıq proqramları nəzərdən keçirildi.

Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz mövcudluğunun regional sülh və təhlükəsizliyə başlıca təhdid olduğunu qeyd etdi. Daha sonra Xarici İşlər naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli prosesinin mövcud vəziyyəti, o cümlədən Minsk qrupunun Həmsədrləri ilə Nyu Yorkda baş tutmuş ən son görüş barədə həmsöhbətinə ətraflı məlumat verdi.

 Məmmədyarov, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı və BMT TŞ-nin müvafiq qətnamələri əsasında, eləcə də ATƏT və digər təşkilatların qərar və qətnamələrinə uyğun olaraq həllinin vacibliyini vurğuladı. Bölgədə dayanıqlı sülh və təhlükəsizliyə, eləcə də tərəqqiyə nail olmaq üçün münaqişənin həllinin vacib şərt olduğunu bildirdi.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər.

Etikxeber.az

Read Previous

“Qulağından tutmağa komsomolumuz, quyruğundan yapışmağa pionerimiz olmasa da…” – SƏFİR

Read Next

Sosial islahatlara və kadr islahatlarına reaksiyanı əks etdirən hesabatların – MÜZAKİRƏSİ – FOTOLAR -YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0