Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Rumıniyanın Xarici İşlər naziri Ramona Nikol Manesku ilə görüşüb.
Etikxeber.az xəbər verir ki, nazirlər Azərbaycan və Rumıniya arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə ediblər.
Ölkələr arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu qeyd olunub.
İkitərəfli əməkdaşlığın daha da inkişafında yüksək səviyyəli səfərlər mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Bölgədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən böyük enerji və nəqliyyat layihələri üzrə fikir mübadiləsi aparılıb və enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edilib.
Məmmədyarov Qoşulmama Hərəkatının növbəti Zirvə görüşünün Bakıda keçiriləcəyi və Azərbaycanın bu hərəkatda sədrliyi barədə Rumıniyalı həmkarına məlumat verib.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıb.
***
Elmar Məmmədyarov həmçinin, Beynəlxalq Böhran Qrupunun prezidenti Robert Maley ilə görüşüb
Görüş zamanı tərəflər bölgədəki təhlükəsizlik vəziyyəti ətrafında ətraflı fikir mübadiləsi aparıblar.
Xarici İşlər naziri Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi, Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə iki ölkənin Xarici İşlər nazirlərinin ən son görüşü haqqında R.Maleyə məlumat verib.
Münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı, beynəlxalq təşkilatların, ilk növbədə isə BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü çərçivəsində həllinin, hərbi işğal amilinin aradan qaldırılmasının və məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının zəruriliyini vurğulanıb.
Etikxeber.az