Məmmədyarov: “Nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində əməkdaşlıq açıq dənizə çıxışı olmayan ölkələr üçün faydalı olacaq”

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci Sessiyası çərçivəsində monqolustanlı həmkarı Tsend Munk Orgil ilə görüşüb.

Etikxeber.az qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş zamanı Azərbaycan və Monqolustan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafı və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub.

Nazir Elmar Məmmədyarov Azərbaycanın iştirakı və təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri barədə monqolustanlı həmkarına məlumat verib. Avropa və Asiya qitələrinin nəqliyyat dəhlizlərinin birləşdirilməsində ölkəmizin əhəmiyyəti və oynadığı rolu qeyd edən nazir Avrasiya məkanında nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində əməkdaşlığın xüsusilə açıq dənizə çıxışı olmayan ölkələr üçün faydalı olacağını diqqətə çatdırıb.

Nazir Tsend Munk Orgil Monqolustanın Azərbaycan ilə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə həmçinin tərəflər iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin vacibliyini vurğuladılar.

Etikxeber.az

Read Previous

Qızıl yenə ucuzlaşdı

Read Next

Millət vəkili prezidentə “sataşdı”…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0