Məmnunluq və səmimiyyət ortamı: MİLLƏT VƏKİLİ NÖVBƏTİ DƏFƏ SEÇİCİLƏRİ İLƏ BİR ARADA-FOTOLAR

Milli Məclisin Ailə,qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Ucar rayonunun deputatı olduğu Bərgüşad, Lək və Xələc kəndlərində növbəti səyyar qəbulunu keçirib, qarşıdan gələn Ramazan bayramı münasibətilə seçicilərini təbrik edib, onlara daim əmin-amanlıq, firavanlıq arzulayıb.

Etikxeber.az-ın xəbərinə görə, görüş iştirakçıları Bərgüşad, Lək və Xələc kəndlərində həyata keçirilən quruculuq işləri üçün ölkə rəhbərinə təşəkkürlərini çatdırmasını deputatlarından xahiş ediblər.

Eyni zamanda onların xahiş, təklif və müraciətlərini, qarşıya çıxan problemləri mütəmadi olaraq Milli Məclis tribunasından səsləndirdiyi, şifahi və yazılı olaraq əlaqədar qurumlar qarşısında məsələ qaldırdığı üçün deputat Jalə Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xüsusilə son zamanlarda hər üç kənddə su təminatının yaxşılaşdırılmasında, yeni yolların inşa edilməsində, elektrik xətlərinin yenilənməsində, Bərgüşad kənd xəstəxanası üçün yeni binanın inşa edilməsində, özəlləşdirməyə açıq elan edilən Bərgüşad kənd Mədəniyyət Evinin dövlət balansında saxlanmasında, fərdi xarakterli məsələlərin həllində göstərdiyi səy və köməyə görə xüsusi təşəkkürlərini çatdırıblar.

Seçicilər yaz-yay mövsümünün başlanması ilə əlaqədar olaraq suvarmada yaranan və yarana biləcək problemlərin qarşısının alınması, Lək və Xələc kəndlərinin içməli su təminatı, Lək kəndinin telefon rabitə qovşağının təkmilləşdirilməsi, Bərgüşad kəndində yeni uşaq bağçasının inşa edilməsi, Şəhidlər Parkının salınacağı ərazidən keçən qaz xəttinin yerinin dəyişdirilməsi üçün əlaqədar qurumlara müraciət etməsini deputatdan xahiş ediblər.

Qaldırılan məsələlərin həlli ilə bağlı deputat qəbul sırasında qurumlarla telefon əlaqəsi saxlaylb və bəzilərinin həllinə nail olub.

Jalə Əliyeva eyni zamanda seçicilərinin fərdi xarakterli xahişlərini də dinləyib.

Görüş məmnunluq və səmimiyət ortamında keçib.

Etikxeber.az

Read Previous

“Biz rəsmilərin rəsmi bəyanatlarına baxmalıyıq”-PREZİDENTDƏN İRANLI EKSPERTİN İDDİASINA SƏRT CAVAB

Read Next

“Azərbaycanla münasibətlərin normallaşdırılması Ermənistan üçün yeni imkanlar açacaq…”-PREZİDENT – FOTO – YENİLƏNİB – (10)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir