Biganəlik və laqeydlik…-QAZİLƏRİMİZDƏN BİRİNİN PROBLEMİ ARTIQ NƏZARƏTƏ GÖTÜRÜLDÜ – YENİLƏNİB

İkinci Vətən Müharibəsində igidlik göstərmiş və yaralanmış bəzi Qazilərimizə qarşı məmurlar, yerli icra qurumları tərəfindən hələ də biganə və laqeyd münasibət yaşanmaqdadır.

Etikxeber.az-ın xəbərinə görə, laqeydliklə üzləşmiş Qazilərimizdən biri Ağstafa rayonundan olan Kənan Lələyevdir.

Kənan Lələyevin atası Məhərrəm Lələyev oğluna qarşı laqeydliklə bağlı sosial şəbəkə üzərindən bunları qeyd edib:

“Oğlum 2-ci Vətən Müharibəsində gözündən, sifətindən və kürəyindən qəlpə yarası alıb. 15 gündən coxdur ki, xəstəxanadan evə gəlib, amma təəssüf ki, hələ də Agstafa İcra Hakimiyyətindən oglumla maraqlanan olmayıb, deyəsən, icra hələ qış yuxusuna gebib!!!”.

Həmçinin, biganəlikə üzləşən Qazilərimizdən biri də İkinci Vətən Müharibəsində yaralanmış Göyçay rayonunun Mallı-Şıxlı kənd sakini Məmmədov Yusif Müşfiq oğludur.

Bu haqda isə sosial şəbəkədə Qazilərimizdən biri yazıb.

O, Qazi Yusif Məmmədovun yaşadığı evin (ev demək mümkünsə) fotolarını paylaşaraq, bunları qeyd edib:

“Şəkildə gördüyünüz uçmaq üzrə olan daxmada İkinci Vətən müharibəsi Qazisi, Göyçay rayonu Mallı-Şıxlı kənd sakini Məmmədov Yusif Müşfiq oğlu yaşayır…2002-ci ildə anadan olmuş Qazi Yusif döyüşlərdə ağır yaralanıb…Şəraitsiz evdə müalicə olunması qeyri- mümkündür. Evin hamamı, suyu və istiliyi yoxdur… Baxmayaraq ki, Qazinin anası dəfələrlə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə və rayonun deputatı Sabir Hacıyevə müraciət edib, indiyə qədər onlardan səs-soraq belə yoxdur…”

Ümid edək ki, Qazilərimizə bu etinasız və laqeyd münasibətə dərhal son qoyulacaq, onlara layiq olduqları və Haqq etdikləri münasibət göstəriləcək, problemlərinə həssaslıqla yanaşılacaq və onların həllinə nail olunacaq.

18:52, 3 yanvar

***

Qazilərimizdən birinin-Kənan Lələyevin problemi artıq nəzarətdədir.

Qeyd edək ki, bir neçə saat öncə həm sosial şəbəkədə, həm də Etikxeber.az-da Qazimiz-Ağstafalı Kənan Lələyevin üzləşdiyi problemlə, daha doğrusu, atasının şikayəti ilə bağlı yazmışdıq.

Bir az öncə isə adının çəkilməsini istəməyən rəsmilərdən biri saytımıza Qazimizlə bağlı məsələnin artıq diqqətdə, nəzarətdə olduğunu bildirdi və nə lazımdırsa, ediləcəyini qeyd etdi.

Allah Qazimizə də,həmin dövlət rəsmisinə də kömək olsun!

Etikxeber.az

Read Previous

Aronyana qalib gələn Teymur Rəcəbov “Airthings Masters”in-QALİBİ OLDU – PREZİDENTLƏ BİRİNCİ VİTSE-PREZİDENTDƏN TƏBRİK – YENİLƏNİB

Read Next

“Qafqazın sülh, əmin-amanlıq, sabitlik regionuna çevrilməsi mesajı və ya…”-ZİYAD SƏMƏDZADƏ YAZDI – (BEŞİNCİ-SONUNCU HİSSƏ)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir