Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Moskva yaxınlığındakı Krasnoqorskda “Krokus Siti Holl”da törədilən terror aktı zamanı 15 yaşlı məktəbli İslam X. yüzdən çox insanı xilas edib.
Etikxeber.az-ın xəbərinə görə, bu barədə “Komsomolskaya Pravda“ qəzeti məlumat yayıb.
Məlumatda qeyd olunurki, səkkizinci sinif şagirdi “Piknik” rok qrupunun konserti zamanı qarderobda part-time işləyib və təsadüfən silahlı terrorçuların yanında olub. İslamın sözlərinə görə, o, təxminən yarım saat ərzində insanları binadan çıxarıb.
“Düz saat 23:00-da atəş səsləri eşidildi. Dərhal qaçdım ki, insanları çıxartmaq lazımdır. “Arxa” çıxışların harada olduğunu bilirik. Mən sakitcə çıxıb getsəydim, yüzlərlə adamın öləcəyini başa düşdüm. Kimi çıxarda bildimsə, çıxardım”-deyə, o, qeyd edib.
İslam “Komsomolskaya Pravda“ qəzetinə müsahibəsində deyib:
“Mən özümü qəhrəman hesab etmirəm”.
Qəzet yazır ki, uşağın anası oğlunun hərəkətindən xəbər tutanda göz yaşlarını saxlaya bilməyib.