“Mən tək orda neyləyə bilərəm?” – FUAD POLADOV

Akademik Milli Dram Teatrından istefa verən aktyor Fuad Poladov Azadlıq Radiosuna müsahibə verib.

Etikxeber.az  həmin müsahibəni təqdim edir:

– Salam, Fuad müəllim.

– Əleyküməssəlam.

– Sabah tamaşa olacaqmı?

– Bəli.

– Onda teatrdan gedişinizlə bağlı deyilənlər həqiqəti əks etdirmir? Teatrda qalırsınız?

– Yox, son tamaşamdır bu. Əvvəlcədən planlaşdırılmış tamaşadır. Onu təxirə salmaq olmazdı.

– Deməli, gedirsiniz?

– Hə.

– Bəs niyə?

– Bu barədə açıqlama vermək istəmirəm.

– Aktyor Hikmət Rəhimovla bağlıdır?

– Bəli, bəli.

– Bəlkə getmək çıxış yolu deyil? Qalıb Hikmətin geri qaytarılması üçün nəsə etmək olardı? Nüfuzunuzdan istifadə edə bilərdiniz bəlkə…

– Onu rəhbər işçilər həll edirlər. Mən sıravi aktyoram. Mən tək orda neyləyə bilərəm, yəni, nəyə təsir edə bilərəm? Gördüm ki, bu işə girişmək, ruslar demiş, «bespoleznı» işdir. Ona görə də heç kimə bu barədə ağız da açmadım. Çünki neçə vaxtdır təkidlə onun ərizə yazmasını tələb edirlər.

– Siz özünüz bu durumu necə dəyərləndirirsiniz? Aktyor mətbuata müsahibəsində teatrdakı mühit haqda, sadəcə, öz fikirlərini ifadə edib. Buna görə niyə sıxma-boğmaya salınmalıdır ki?

– Bu, artıq müsahibə oldu, hə? Mənsə bu haqda başqa açıqlama vermək istəməzdim.

– Sizi televiziyalara da dəvət etmirlər, deyəsən?

– Çoxdandır dəvət etmirlər. Çoxdandır. Amma deyəsən, tilsimi sındırıblar. Srağagün ATV-nin «Geriyə baxanda» verilişinə dəvət etdilər. Çəkildi. Amma daha bilmirəm efirə buraxacaqlar, ya yox. Bazar günü efirə getməlidir.

– Birdən teatr rəhbərliyi Sizi işdən buraxmadı? Ərizənizi qəbul etmədi?

– Necə yəni, onların istəməyi ilə deyil ki. Bu elə bir şeydir ki, onu mən həll edirəm! Onlar həll etmir. Mən qərar verəndə heç vaxt qərarımı dəyişmirəm.

– Onda Sizin tamaşalara Rus Dram Teatrında baxmalı olacağıq?

– Ora mənim iş yerimdir. Oradan çıxmamışdım ki. Fəaliyyətimi davam etdirirəm.

Etikxeber.az

Read Previous

“Ərzağı istehsal və istehlak etməyimizin tərzini əsaslı şəkildə dəyişməliyik” – ƏLİYEVA – FOTOLAR

Read Next

Sabiq nazirin adı Vidadi Zeynalovun cinayət işi üzrə şahidlərin siyahısında yoxdur

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir