Mənim üçün əziz, doğma, isti olan ocaq-Şəhid ocağı, Şəhid Nurlanın ocağı!-KAMİL HƏMZƏOĞLU YAZDI – FOTOLAR – YENİLƏNİB

Yenidən Ağcabədidə, yenidən Qaraxanlı kəndindəyəm…

Yenidən Şəhid ailəsində, Şəhid ocağındayam…

Yenidən Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidi, atasını uzun illər öncə-uşaqkən itirmiş, ailənin dörd övladından, üç qardaşdan biri olmuş Nurlan Şükür oğlu Quliyevgildəyəm…

Son 3 ilə yaxın müddət ərzində artıq bu ocağa, Şəhid ocağına neçənci gəlişim, necənci ziyarətimdir, düzü özüm də bilmirəm, sayını itirmişəm…

Bütün Şəhid ocaqları, Şəhid evləri, Şəhid ailələri kimi bu ocaq da, bu evdə, bu ailə də-Nurlanın ailəsi, anası-Zülfiyyə Ana da mənim üçün əziz, doğma və müqəddəsdir…

Bu ocaqda, bu ailədə olarkən özümü çox rahat hiss edirəm…

Öz evimdə, öz ocağımda, öz ailəmdəymişəm kimi…

Burada bir doğmalıq, bir istilik var…

Xüsusilə də, bacım, Anam qədər xətrini çox istədiyim Şəhid anası Zülfiyyə Ananın isti, doğma, səmimi münasibəti hər şeyə dəyər…

Əsl Şəhid anasıdır, əsl Azərbaycan-Türk anasıdır, əsl əsalətli, kübar, xanım-xatun anadır Zülfiyyə Ana…

Bütün Şəhid anaları da Onu o cür bilir, o cür qəbul edir, o cür sevir…

O sevgini, o məhəbbəti özü qazanıb Nurlanımızın Qəhrəman anası, övladlarına əllərinin qabarı, alnının təri ilə həm ana, həm ata olmuş Zülfiyyə Ana, Zülfiyyə xanım!

Qeyd etdiyim kimi, Şəhidimiz ailənin dörd övladından, üç qardaşdan biri olub…

1995-ci ilin dekabrın 4-də Qaraxanlı kəndində, sadə, zəhmətkeş Quliyevlər ailəsində dünyaya gəlib…

Orta məktəbi oxuyub, həqiqi hərbi xidmətdə olub, sonra yenidən həyatını hərb, Ordu ilə bağlayıb, MAXE kimi fəaliyyət göstərib…

İkinci Vətən Müharibəsi zamanı da Füzuli, Qubadlı, Şuşa-Daşaltı istiqamətlərində döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb…

Və noyabr ayının 1-də ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Nəşi gün sonra, noyabrın 5-də Qaraxanlı kənd qəbiristanlığında torpağa tapşırılıb…

Şəhidliyindən sonra bir neçə medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

O, həm də 3 ayın nişanlısı olub...

Və ziyarətim zamanı bir daha Şəhidimizin ailəsinə, anası Zülfiyyə Anaya Allahdan səbr və dözüm arzuladım…

Bir daha “Şəhidimizin məkanı cənnnətlik, ruhu şad olsun!”-dedim…

Bir daha Şəhidimizin həm özünün ruhu, həm də ailəsi qarşısında baş əydiyimi bildirdim…

Bir daha hər zaman Şəhidlərimizə, Nurlanlara borclu olduğumu, borclu olduğumuzu dilə gətirdim…

Bir daha “Nə qədər ki, Azərbaycan var, Azərbaycan xalqı yaşayır, Şəhidlərimiz də, Nurlanlar da var olacaq, mənən, ruhən bizimlə, bizlərlə yaşayacaqlar”-deyə, bildirdim…

Şəhidimizin ailəsi, anası ilə bir daha və bir xeyli söhbətləşdim…

Həm təsirləndim, həm kövrəldim, həm də Qürurlandım…

Həm belə bir ailəni tanımağımdan, həm də Nurlan kimi Şəhidi, İgidi, Qəhrəmanı olan ölkənin vətəndaşı olmaqdan Qürurlandım…

Məqamı Uca, dərgahı mübarək olsun!

Nur içində yatsın, Nur üzlümüz!

13:02

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Azərbaycanla Türkiyə daim bir-birinin yanındadır…”-İlham Əliyev Türkiyə, İraq və İranın-XARİCİ İŞLƏR NAZİRLƏRİNİ QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

Sabiq millət vəkili Nazim Bəydəmirliyə ittiham elan olundu-4 AYLIQ HƏBS EDİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir