“Məqsəd beynəlxalq cinayətlərin qarşısının alınmasına töhfə verməkdir” – MURADOVA – FOTO- YENİLƏNİB (1)

Milli Məclisdə (MM)  “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması sistemi: milli qanunvericilik və beynəlxalq hüquq” adlı toplantıda “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsinin son ictimai müzakirəsi keçirilib.

Etikxeber.az-ın məlumatına görə, MM-in İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin,  Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən toplantıya vətəndaş cəmiyyəti nümayəndələri də qatılıb.

***
MM-in sədr müavini Bahar Muradova bildirib ki, layihənin müəllifi “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyidir.

O, layihənin hazırlanmasında dünya ölkələrinin təcrübəsindən, beynəlxalq hüququn prinsiplərindən, eləcə də Respublika Hərb i Prokurorluğunun məlumatlarından yararlandıqlarını deyib:

“Qanun layihəsinin hazırlanmasında məqsəd nəinki Azərbaycan, bütün dünyada beynəlxalq cinayət törədənlərə qarşı qanunun bütün gücündən istifadə etmək və beynəlxalq prinsiplərin tətbiq edilməsinə dəstək vermək, beynəlxalq cinayətlərin qarşısının alınmasına töhfə verməkdir. Layihənin ötən müzakirələri zamanı irəli sürülən təkliflər dəyərləndirilib və nəzərə alınıb. Biz artıq məsələnin yekunlaşmasına doğru səmərəli iş görmüşük”.

***

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyevin fikrincə, Azərbaycana qarşı törədilən beynəlxalq cinayətləri nəzər alaraq, belə bir qanun layihəsinin hazırlanması vacib əhəmiyyət kəsb edir.

Millət vəkili qeyd edib ki, bu layihə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi ən önəmli layihələrdən biridir:

“Hesab edirəm ki, qanun layihəsi Milli Məclistərəfindən qəbul olunmalıdır. Gələcəkdə də bu cür təşəbbüslərin irəli sürülməsi davam etdirilməli və eyni zamanda, bundan sonrakı fəaliyyətdə də Milli Məclislə vətəndaş cəmiyyəti arasında bu cür əməkdaşlıq tempi saxlanılmalıdır. Bu yaxşı bir ənənədir və biz bu ənənəni davam etdirməliyik”.

***
MM Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov isə  bəyan edib ki, “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsi təsadüfi meydana gəlməyib:

“Bu cinayətlərin qarşısının alınması üçün hüquqi baza formalaşdırılmalıdır. Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasına baxmayaraq, bu məsələdə əsas rol dövlətlərə məxsusdur. Bunun üçün də müvafiq qanunvericilik bazası yaradılmalıdır. Hazırlanan layihə də bunun tərkib hissəsidir. Hərbi cinayətlər, soyqırım aktları beynəlxalq konvensiyalarda mövcuddursa, insanlıq əleyhinə cinayətlər isə heç bir beynəlxalq konvensiyanın predmeti deyil. Hazırladığımız layihədə bu məsələlər əksini tapıb. Qanun layihəsi ingilis dilinə tərcümə edilərək Cenevrəyə göndərilib ki, oradan ekspertlərin rəyi alınsın. Verilən rəyə uyğun olaraq layihəni təkmilləşdirilərək ictimaiyyətə təqdim edəcəyik”.
Müzakirələr çıxışlarla davam edərək başa çatıb.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

6 bal gücündə zəlzələ baş verdi – AZƏRBAYCANDA

Read Next

“Xarici ölkələrdən maliyyələşən KİV-lər casus hesab olunsunlar” – AQİL ABBAS – FOTO- YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir