Mərc oyunlarına pul yatıran baş məşqçi ağır cəzalandırıldı

İngiltərə Futbol Federasiyası “Frome Taun” klubunun baş məşqçisi Nik Bunyardı ağır cəzalandırıb.

Etikxeber.az xəbər verir ki, buna səbəb gənc mütəxəssisin öz komandasının məğlubiyyətinə pul qoyuluşu etməsi olub.

Ümumilikdə 97, klubunun əleyhinə 45 dəfə mərc oyunlarında pul yatıran çalışdırıcı ölkə futbol qurumu tərəfindən üçillik idman fəaliyyətindən kənarlaşdırılıb.

O, həm də qarşıdakı üç il ərzində heç bir klubda çalışa bilməyəcək. Bununla yanaşı, federasiya ona 3 min funt sterlinq pul cəriməsi də kəsib.

Etikxeber.az

Read Previous

Ermənistan ərazisindən axıdılan çirkab suları Kürdə biogen maddələrin miqdarını artırıb – Nazirlik

Read Next

Gəncədə gənc oftalmoloqların X konfransı keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir