“Mərhəmətsiz, şəfqətsiz, fəzilətsiz nə cəmiyyət, nə də dövlət yaşaya bilər…”-SABİQ DEPUTAT YAZIR

Bu bir həqiqətdir ki, insan havasız və susuz yaşaya bilməz.

Hava olmasa, bəşər övladı 2-3 dəqiqə, su olmasa,bir neçə gün sağ qala bilər.

Bəlkə də elə ona görə həyati vacib məsələlərə “hava, su kimi” ifadəsini də qoşuruq.

Gerçəkdən həyatda elə şeylər var ki,onların yoxluğu insan üçün havasızlıq və susuzluq qədər təhlükəlidir.

Mərhəmət,şəfqət,fəzilət…

Deyə bilərsiniz ki,onlarsız da yaşamaq mümkündür. Haqlısınız.

Ətrafımıza boylansaq,yaxın çevrəmizə nəzər salsaq,belə ülvi hisslərdən,duyğulardan uzaq düşmüş o qədər nəfərlər görərik ki…

Lakin heç bir toplum,heç bir dövlət bu mənəvi kateqoriyalar olmadan yaşaya bilməz.

Bunlar sosial sistemin nizam meyarları,havası,suyudur.

Mərhəmət azaldıqca, şəfqət sönükləşdikcə, fəzilət yox olduqca cəmiyyət sosial sistem olaraq,məhvə doğru addımlamağa başlayır.

…Bugünlərdə sosial şəbəkələrdə ürəkdağlayan bir hadisəyə rast gəldim.

Xaçmazda yaşayan Məryəm İmanquliyeva adlı işsiz qadın pandemiya ilə bağlı dövlətimizin ayırdığı yardım paketindən yararlanmaq üçün müvafiq orqanlara müraciət edir.lakin aldığı cavab zavallı qadını şoka salır.

Ona bildirirlər ki, rəhmətə getmiş həyat yoldaşının iş yerindən 230 man.müavinat aldığına görə dəstək proqramı ona şamil edilmir.

Beləliklə, dəhşətli bir hadisənin üstü açılır.

Sən demə, 20 il bundan əvvəl Sumqayıt müəsissələrindən birində qəzada həyatını itirmiş ərinə görə pensiya almaq üçün 4 azyaşlı uşaq anası Məryəm xanım çətinliklərlə üzləşə-üzləşə tələb olunan sənədləri toplayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xaçmaz rayon şöbəsinə təqim edir.

Çox get-gəldən sonra ona deyirlər ki,guya ganun dəyişdiyinə görə,müavinət ala bilməyəcəksiniz.

Biçarə qadın min bir zülmlə yetimlərini böydüb boya – başa çatdırır.

Yetimlərə çatacaq vəsaiti kımlərsə hələ də basıb yeyir…

Bu gün ölkəmizdə belə cinayətlərə qarşı cıddi mübarizə aparılır.

Yetimin çörəyini əlindən alanlar,dövlətin, xalqın malını talayanlar bir-bir qandallanır.

Bu, belə də olmalıdır!

Mərhəmətsiz, şəfqətsiz, fəzilətsiz nə cəmiyyət, nə də dövlət yaşaya bilməz.

Mayis SƏFƏRLİ,

Sabiq deputat, Yurddaş Partiyasının sədri

Etikxeber.az

Read Previous

Ərdoğan İlham Əliyevə-ZƏNG ETDİ…

Read Next

“Zəhmət adamları ilə görüşmək, onların arzularını, təkliflərini dinləmək, işə münasibətlərini görmək sevindiricidir”-MM-İN KOMİTƏ SƏDRİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir