Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən deputatlığa namizəd, akademik, “Şərəf” və “Şöhrət” ordenli Ziyad Səmədzadəyə tanınmışların, ulduzların, məşhurların dəstək nümayişi, dəstək yağışı davam edir.
Etikxeber.az-a daxil olan məlumata görə, fevralın 6-da, axşam saatlarında Azərbaycanın daha bir qrup tanınmış sənətçisi-Xalq artistləri, Əməkdar artistlər, mədəniyyət xadimləri Ziyad Səmədzadəyə dəstəklərini, xeyir-dualarını vermək üçün onun Seçki Qərargahına gəliblər.
Ziyad Səmədzadəyə dəstəklərini bildirmək üçün onun Seçki Qəragahına gələnlər arasında Xalq artistləri-Afrandil İsrafilov, Nurəddin Mehdixanlı, Aygün Kazımova, Zamiq Əliyev, İlqar Muradov, Aygün Səmədzadə, Eyyub Yaqubov, Zaur Rzayev, gənc və tanınmış sənəçilərdən Rəşad İlyasov, Ayaz Qasımov, Samir Cavadzadə, Günel İbrahim, tanınmış mədəniyyatşünas, professor Fuad Məmmədov və digərləri olub.
Sənətçilərin, məşhurların Ziyad Səmədzadə ilə onun Seçki Qəragahında baş tutan və iki saatdan artıq davam edən görüşü öz səmimiliyi və coşqusu ilə fərqlənib, yadda qalıb.
Görüşdə çıxış edən sənətçilər hər biri Ziyad Səmədzadəyə seçkilərdə uğur arzulayıb, onun yenidən deputat seçilməsini, Azərbaycan dövləti və xalqın naminə fəaliyyətini bundan sonra da davam etdirməsini istədiklərini bildiriblər.
Çıxışçılar Ziyad Səməzdzadənin həm də sənətə, yaradıcılığa, sənətkara, mədəniyyətə böyük önəm verdiyini, onları daim dəyərləndirdiyini, öz əsərlərində onlardan bəhs etdiyini, mənəvi dəyərlərin qoruyucusu və keşikçilərindən biri olduğunu vurğulayıblar.
Qeyd ediblər ki, indiki qlobalaşma dövründə, milli-mənəvi dəyərlərə ciddi basqıların olduğu bir dönəmdə Ziyad Səmədzadə kimi tanınmış insanların milli adət-ənənələrin, dəyərlərin qorunmasında, gələcək nəsillərə olduğu kimi, çatdırılmasında böyük rolu, töhfələri ola bilər və var.
Tanınmış sənətkarlar Ziyad Səmədzadəyə eyni zamanda, bu günə qədər milli-mənəvi dəyərlərinin yaşadılması, onun təbliğ edilməsindəki roluna və yorulmaz fəaliyyətinə görə dərin təşəkkürlərini və minnətdarlıqlarını idafə edə ediblər.
Sənətçilər, mədəniyyət xadimləri bununla yanaşı, Azərbaycanda dövlət səviyyəsində sənətə, sənətkara, yaradıcı insanlara və qurumlara hərtərəfli dəstək verildiyini, ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın onların əsl himayəçisi və himayədarı olduğunu vurğulayıb. Bütün bunlara görə, onlara təşəkkürlərini çatdırıblar.
Ziyad Səmədzadə də öz növbəsində dəstəklərinə və haqqında xoş, səmimi sözlərinə görə, Azərbaycanın tanınmış sənətçilərinə öz təşəkkürünü bildirib və qeyd edib ki, hər zaman olduğu kimi, bundan sonra da sənətə, sənətkara, yaradıcılığa dəyər verməkdə davam edəcək, Azərbaycan dövləti və dövlət rəhbərliyi ilə bir yerdə mili-mənəvi dəyərlərin qorunub-saxlanılmasına öz töhfələrini verməyə çalışacaq.
Görüşdən fotoları təqdim edirik:
Etikxeber.az