“Mətbuat Şurası haqqında” qanuna ehtiyac var” – ƏFLATUN AMAŞOV TƏKLİFİNDƏ İSRARLIDIR

Biz internet medianın cəmiyyət həyatına təsirindən söz açırıq. Bunu aktual məsələ kimi qabardırıq. Həqiqətən də internet üzərindən yayımlanan kütləvi informasiya vasitələrinin cəmiyyət həyatına təsiri artıb.

Təsəvvür edin ki, hazırda Mətbuat Şurasına daxil olan şikayətlərin təxminən 80-85 faizi internet media orqanlarının fəaliyyətindəndir. Şura ictimai qınaq müstəvisində öz işini görür. Amma ictimai qınaq yetərlidirmi?

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov “Mətbuat Şurası haqqında” qanun layihəsinin hazırlanması və qəbul olunmasının zəruriliyi məsələsinə münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, təcrübə göstərir ki, yalnız bu qınaq növü ilə kifayətlənmək olmaz.

amasov-metbuat-aflatun

“Deməli, yeni mexanizm seçilməlidir.

Ancaq biz köhnə dövrə də qayıda bilmərik.

Yəni, media üzərində dövlət nəzarəti qurula bilməz.

Mövcud durumda ən optimal çıxış yolu “Mətbuat Şurası haqqında” qanunun olmasıdır.

Qanun imkan verəcək ki, medianın özünütənzimləmə funksiyası saxlanılmaqla, müəyyən cəza mexanizmləri tətbiq olunsun.

Bu, daha çox məsuliyyətin artırılması tədbiridir.

Qanun həm də ona görə lazımdır ki, bütövlükdə media sahəsinə vahid baxış tətbiq edilsin…”-deyə, Ə.Amaşov sözlərinə əlavə edib.

Xatırladaq ki, Ə.Amaşov bu təkliflə bir xeyli müddət öncə parlamentin plenar iclasında, eləcə də, üzvü olduğu Mədəniyyət komitəsinin iclasında çıxış edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Real”-“Brügge” – 2:2, “Atalanta”-“Şaxtyor” – 1:2 – “BAVARİYA”DAN MÖHTƏŞƏM QƏLƏBƏ – YENİLƏNİB

Read Next

“Nə qədər ört-basdır etməyə çalışsalar da, heç nəyi gizlətmək olmur…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir