“Mətbuatda Ana dilindən istifadə sahəsində nöqsanlara son qoyulmalıdır” – MİLLƏT VƏKİLİ

Azərbaycan Mətbuat Şurası (AMŞ)  ədəbi dil normalarının pozulmasına görə böyük cərimələrin tətbiq olunmasını təklif edir.

Etikxeber.az məlumat verir ki, bunu “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfransda AMŞ-nin sədri, deputat Əflatun Amaşov deyib.

O, bildirib ki, monitorinqlər zamanı duyğu işarələrinin, xüsusən vergülün işlədilməsində daha çox problemlərin olduğu üzə çıxıb

“Problemləri aradan qaldırmaq üçün bir neçə addımın atılması vacibdir. Bu gün media orqanlarının yaradılması üçün hər hansı maneə yoxdur. Ona görə də indiki halda media yaradanların üzərinə daha böyük məsuliyyət qoyulmalıdır. Mətbuatda Ana dilindən istifadə sahəsində nöqsanlara son qoyulmalıdır. Qanunvericilik tələblərinə riayət edilməsinə də xüsusi diqqət yetirilməlidir. Məsələn, Fransada Ana dili normalarının pozulmasına görə böyük cərimə nəzərdə tutulur. Bunu Azərbaycanda da tətbiq etmək olar”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Küçə və meydanlardakı reklamlarda adi qrammatik qaydalar gözlənilmir…” – ƏLİ HƏSƏNOV – FOTO – YENİLƏNİB

Read Next

“Yaxşı ki, indi o aparıcı və o telekanalın rəhbəri yoxdur…” – PREZİDENTİN KÖMƏKÇİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir