“Məzənnə ilə bağlı hər hansı proqnoz vermək çətindir” – Baş bankir

SONY DSC

“Həm qlobal, həm də daxili amillər manatın məzənnəsinə təsir edir”.

Etikxeber.az “APA-Economics”-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov açıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, cari ilin 9 ayı ərzində manatın məzənnəsi ilin əvvəli ilə müqayisədə 5% korreksiyaya uğrayıb.

O, deyib ki, məzənnə ilə bağlı hər hansı proqnoz vermək çətindir:

“Manatın məzənnəsi faktiki olaraq idarə olunan üzən məzənnə rejimi əsasında formalaşıb. Bir sıra amillər onun formalaşmasına təsir edir. Xüsusilə  neftin qiyməti, tədiyyə balansının vəziyyəti və s. amilləri qeyd etmək istərdim. Müəyyən dövr ərzində manatın məzənnəsinə təzyiq güclənmişdir. Lakin biz Maliyyə Sabitliyi Şurası çərçivəsində manatın dayanıqlığını təmin etmək üçün zəruri addım atırıq”.

Etikxeber.az

Read Previous

Azarov: “Səsvermə zamanı yüksək seçici fəallığı müşahidə olunub”

Read Next

Saat17:00-a ən yüksək və ən aşağı seçici fəallığı qeydə alınan seçki dairələri açıqlanıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir