Məzahir Süleymanzadə: “Bahadur müəllim gəlib dedi ki, incimə, qəzeti çap edə bilməyəcəyik-Birinci katibin göstərişi belədir”

Osman Mirzəyevə zəng çaldım, dedim ki, Viktor Polyaniçkonun reaksiyası başadüşüləndir. O, Sergey Kirovun həmyerlisidir, istəmir ki, onun haqqında kəskin ifadələr işlədilsin. Bəs Ayaz Mütəllibov niyə belə mövqe tutur

1991-ci il yanvarın 5-də bizim “Səhər” qəzetini bağladılar. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Viktor Polyaniçko özü mənə zəng vurmuşdu. Çox hiddətli idi. Səbəbini də açıq aydın söylədi: “Kirovun bədənindən qoparılmış başını bu şəkildə qəzetdə verməklə Azərbaycanda ruslara qarşı nifrət oyadırsınız“.

Etikxeber.az xəbər verir ki, bunu tanınmış jurnalist Məzahir Süleymanzadə öz “Facebook” səhifəsində paylaşdığı yazı-statusunda qeyd edib. Onun qeyd etdiyinə görə, çox keçmədi ki, Azərbaycan Nəşriyyatının direktoru Bahadur Qayıbovu Mərkəzi komitəyə çağırdılar, onun Ayaz Mütəllibovla söhbəti uzun çəkdi:

“Bahadur müəllim gəlib dedi ki, incimə, qəzeti çap edə bilməyəcəyik. Birinci katibin göstərişi belədir.
Mətbuat xidmətinin rəhbəri Osman Mirzəyevə zəng çaldım, dedim ki, Viktor Polyaniçkonun reaksiyası başadüşüləndir. O, Sergey Kirovun həmyerlisidir, istəmir ki, onun haqqında kəskin ifadələr işlədilsin. Bəs Ayaz Mütəllibov niyə belə mövqe tutur? Axı, “Səhər” qəzeti çox nüfuzlu mətbuat orqanıdır, sabah oxuculara nə cavab verəcəksiniz?
Osman müəllim dedi ki, sən səbrli ol, mən Ayaz Mütəllibovla bir də danışaram. İki saat sonra zəng vurdu:
“Məsələni birtəhər yoluna qoymuşam. Bir şərtlə ki, bu gün məqalə müəllifi Hidayət Elvüsalın işdən çıxarılması haqqında əmr birinci katibin stolunun üstündə olmalıdır“.


Cabaında isə M. Süleymanzadə deyib ki, problem yoxdur, Hidayət Elvüsalın əmrini  göndərəcək.

Əmri imzalayıb Hidayəti şöbə müdiri vəzifəsindən azad etdim. Sənədi Osman Mirzəyevə göndərən kimi yeni əmr imzaladım: “Hidayət Elvüsal redaktor müavini vəzifəsinə təyin olunsun”. Mərkəzi Komitədə bu əmrdən xəbər tutmadılar, qəzetin buraxılışına icazə verdilər. Bir neçə gündən sonra Hidayət Elvüsalın imzası yenidən “Səhər”in səhifələrində göründü…
Bax, “proşşay, Sergey Mironıç!” sərlövhəli kiçik bir yazı başımıza böyük oyun açdı. Az qala “Səhər”i bağlayacaqdılar…”-deyə, o, daha sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Atəşkəs rejimi ümumilikdə 14 dəfə pozulub

Read Next

Axta­rışda оlan 398 nəfər aşkar­lanaraq aidiyyəti оrqanlara təhvil vеrilib -Dövlət Sərhəd Xidməti

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir