Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Loğman Şirin oğlu Abbasov…
Əslən Ağdamlı, Mərzili, Qarabağlı…
17 iyun 1954-cü il doğumlu…
İgid, Qəhrəman, Vətən sevdalısı, üç övladı Vətənə əmanət qalan Birinci Qarabağ Savaşı Şəhidi…
***
Qeyd edim ki, Loğman Abbasovun sabah, 12 iyun tarixində Anım Günüdür…
Vətəni, Qarabağı, doğma Ağdamı-Mərzilisi yolunda-cəmi 39 yaşında Şəhidlik məqamına ucalan Loğman Abbasovun Şəhadətindən sabah düz 31 il ötür…
Düz 31 il öncə bu tarixdə-12 iyun 1993-cü ildə, 39 yaşının tamamına cəmi 5 gün qalmış doğulub boya-başa çatdığı Mərzili kəndi uğunda qanlı və qızğın döyüşlərdə canını Vətəni, Qarabağı, Ağdamı yolunda fəda edib…
Nəşi elə həmin gün Əbədiyyətə uğurlanıb…
Ailəsi, doğmaları isə cəmi 40 gün ərzində Loğmanın məzarını ziyarət edə biliblər…
Məlum-23 iyul 1993-cü il tarixində Ağdam rayonunun, Ağdam şəhərinin ermənilər tərəfindən işğal edilməsindən sonra ailəsi də, doğmaları da öz doğma yurd yerlərindən məcburi köçkün düşüblər…
Ağdama, Loğmanın məzarına həsrət qalıblar…
Ötən illərdə çox ağır, məşəqqətli məcburi köçkünlük həyatı yaşayıblar və hazırda da Bakı şəhərində yaşamaqdadırlar…
Və üstündən düz 30 il ötəndən sonra, 2023-cü ildə ailə üzvləri Loğman Abbasovun Ağdamdakı – yerlə-yeksan edilmiş məzarını ziyarət edə biliblər…
***
Onu da qeyd edim ki, Loğman Abbasov 1954-cü ilin iyun ayının 17-də Ağdam rayonunun Mərzili kəndində-sadə bir ailədə dünyaya gəlib…
Ailənin yeddi övladından, iki qardaşdan biri olub…
Orta məktəbi öz doğma kəndlərində oxuyub…
Sonra Sovet ordusunda xidmət edib…
Əsgərliyini başa vurandan sonra evinə, ailəsinə dönüb, işləyib, çalışıb…
Və 26 yaşında, 1980-cı ilin mayında Həqiqət adlı xanmla ailə həyatı qurub…
Cəmi 13 illik ailə həyat(lar)ında üç övladı-iki oğlu və bir qızı dünyaya gəlib…
Hazırda hər üç övladı da ailəli, övlad sahibidirlər…
Loğman kişinin 6 nəvəsi var…
Oğlu Anarın övladı Loğman Abbaszadə hazırda Onun ad-soyadını daşıyır, yaşadır…

Loğman Abbasov ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərində başlayan Qarabağ münaqişəsi ilə bağlı üç körpəsini, üç azyaşlı övladını, cavan həyat yoldaşını ailəsinə, Allaha əmanət edərək, Birinci Qarabağ Savaşına, doğma Qarabağının, Ağdamının müdafiəsinə atılıb…
Və 12 iyun 1993-cü il tarixində Mərzili kəndi istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Elə nəşi də həmin gün Ağdam şəhərində yerləşən Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…
Uğrunda canını fəda etdiyi Mərzilisi, Ağdamı, doğma Qarabağı bu gün azaddır, murdar erməni işğalından azad edilib…
Və uzun illər sakitləşməyən-narahat, nigaran ruhu bu gün rahatdır, huzurludur!
Ruhu şad, məkanı cənnətlik olsun!
Ruhu qarşısında baş əyirik!
Allah ailəsinə, doğmalarına, 1993-cü ildən bu yana övladlarına həm analıq, həm atalıq edən Həqiqət xanıma səbr və dözüm versin!
Nur içində yatsın!
***
FOTOLAR:










Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az