“Məcburi sosial sığorta ödənişlərinə də güzəşt tətbiq olunsun”-DEPUTATDAN ÖNƏMLİ TƏKLİF

Koronavirus pandemiyasınının təsir etdiyi sahələrdə dövlət dəstəyi proqramlarının icras bu sahələrdə iqtisadi fəallığının bərpasına böyük köməyi olacaq. Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda təklif olunan müddətli güzəştlər biznes strukturlarının daha az xərclə fəaliyyət göstərməsinə və gəlirlərin artırılmasına imkan verəcək. Təbii ki, maliyyə durumu daha yaxşı sahibkar ölkənin büdcəsinin formalaşmasına daha yaxşı töhfə verə bilər.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Azər Badamov dilə gətirib.

O, bu yöndə fikir və təkliflərini parlamentin dünənki iclasında da söylədiyini xatırladıb.

Millət vəkili bir daha bunları bildirib:      

“Sosial sığorta haqqında” qanuna dəyişiklikləri dəstəkləyirəm və düşünürəm ki, müəyyən olunmuş müddətdə vergi ödəyicilərinin sosial sığorta yükünün azaldılmasını zamanın tələbinə uyğun addım  hesab edirəm. Qeyd edim ki, “Sosial sığorta haqqında” qanunun 14.5.1-1.9-cu maddəsində qeyd olunur ki, “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvülərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asıllı olaraq minimum aylıq əmək haqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır.

       5 Hektaradək 2%

       5 hektardan 10 hektaradək 6%

      10 hektardan yuxarı 10%.

Onu da qeyd etmək istəyirəm ki, kənd təsərrüfat sahəsi 2024-cü ilə qədər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddır. Bu sektorun fəaliyyətinə dövlət tərəfindən subsiyadalar verilir və daim dövlət qayğısı ilə əhatə olunmaqdadır. Məhz dövlətin dəstəyi ilə bu sektor inkişaf edir və əsasən ölkədə ərzaq təhlükəsizliyi təmin olunur. Digər tərəfdən, biz bu sektoru məcburi sosial sığortaya cəlb edirik. Bu da  yararlı pay  torpağına sahib kəndli üçün yenidən çətinlik yaradır.  Həm də 2019-cu ildə ölkə üzrə yığılan məcburi sosial sığortaların tərkibinə baxsaq, görərik ki, əhalinin mülkiyyətində olan  yararlı pay torpaqlarının həcminin çox olmasına baxmayaraq,  kənd təsərrüfatı sahəsindən yığılan  məcburi sosial sığortanın miqdarı çox cüzidir.. Bütün bunları nəzərə alaraq, bir daha təklif edirəm ki, 2023-cü ilədək kənd təsrrüfatı sahəsinə vergi güzəştləri tətbiq olunduğu kimi,  məcburi sosial sığorta ödənişlərinə də güzəşt tətbiq olunsun”.

Etikxeber.az

Read Previous

“İqtisadiyyatdakı məhdudiyyətlər aradan qaldırılmasa, “qara qızıla” tələb yenidən azalacaq”-DEPUTAT

Read Next

“Bu, ölkəmizdə dövlət dilinin saflığının qorunmasına xidmət edəcək”-ƏLİ HÜSEYNLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir