“Mədəniyyət haqqında” qanuna dəyişiklik yaradıcı şəxslərin daha sərbəst fəaliyyət göstərməsinə kömək edəcək – Deputatlar bu qənaətdədir

Milli Məclisin (MM)  Mədəniyyət komitəsinin payız sessiyasında ilk iclası keçirilib.
Etikxeber.az xəbər verir ki, adıçəkilən komitənin sədri Rafael Hüseynov əvvəlcə 2016-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə məlumat verib. Bildirib ki, sessiya dövründə komitənin iki iclası keçirilib və bir sıra qanun layihələri müzakirə edilib. Hesabat dövründə komitədə ayrı-ayrı vətəndaşlardan, habelə idarə, müəssisə və təşkilatlardan daxil olmuş 210 müraciətə baxılıb, tədbir görülməsi üçün müvafiq orqanlara göndərilib.
Sonra komitənin 2016-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı müzakirə edildi. Bildirildi ki, sessiya dövründə “Kinematoqrafiya haqqında”, “Yazılı abidələr haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” və digər qanun layihələri üzərində iş aparılacaq.
İclasda qanunvericilik işləri planı təsdiqləndikdən sonra “Mədəniyyət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə də baxılıb. Layihəyə əsasən sənədin 24.4-cü maddəsinin ləğv edilməsi nəzərdə tutulur.
Çıxış edən komitə üzvləri Jalə Əliyeva, Fəzail İbrahimli, Novruzəli Aslanov  təklif olunan dəyişikliyi yüksək qiymətləndiriblər. Bildiriblər ki, bu dəyişiklik yaradıcı şəxslərin daha sərbəst fəaliyyət göstərməsinə kömək edəcək. N. Aslanov bu dəyişikliyə görə dövlət başıçısına təşəkkürünü də bildirməyi unutmayıb.
İclasın sonunda qanun layihəsi MM-in plenar iclasında müzakirəyə tövsiyə edilib.
Etikxeber.az

Read Previous

Komitə sədri gömrüyün, maliyyə, vergilər nazirliklərinin kino qanununa etirazlarını açıqladı

Read Next

“Çox həssas dönəmdə yaşayırıq, ona görə də…” – Rafael Hüseynov

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir