Mədəniyyət komitəsinin üzvlərindən də-NÜMUNƏVİ ADDIM…

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, professor Qənirə Paşayeva ölkə Prezidentinin nümunəvi addımına dəstək olaraq bir aylıq maaşını Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışlayacağını bildirib.

Etikxeber.az-ın xəbərinə görə, komitə sədri bununla yanaşı bildirib ki, rəhbəri olduğu Mədəniyyət komitəsinin üzvləri də maaşlarının bir hissəsini fonda bağışlayacaqlar.

“Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri cənab prezidentin nümunəvi addımını alqışlayır. Koronavirus pandemiyası dünya ölkələrini cənginə alıb. Şükürlər olsun ki, ölkəmiz bu pandemiyaya kütləvi yoluxmayib. Hesab edirəm ki, hər bir imkanlı şəxs cənab prezidentin təşəbbüsunə qoşulmalıdır. Hətta xaricdə yaşayan imkanlı azərbaycanlılari da bu təşəbbüsə qoşulmağa dəvət edirəm. Hər birimiz koronavirus pandemiyasina qarşı birlik nümayiş etdirməliyik. Həmçinin, “Alpaqut” federasiyasının prezidenti olaraq, digər federasiyalari da yardım etməyə çağırıram”-deyən Q. Paşayeva həmçinin, ölkədə və ölkə xaricində olan iş adamları və ziyalıların da bu kampaniyaya dəstək olacaqlarına inandığını bildirib. 

Komitə sədri yardım edən ziyalı və iş adamlarına da verdikləri dəstək üçün təşəkkürünü bildirib (modern.az).

 Mədəniyyət komitəsinin-TƏRKİBİ:

Qənirə Paşayeva (sədr), Fazil Mustafa (sədr müavini), Aqil Abbas, Ülviyyə Ağayeva, Novruzəli Aslanov, Əziz Ələkbərov, Jalə Əliyeva, Cavanşir feyziyev, Ülviyyə Həmzəyeva, Sabir Rüstəmxanlı (Xalq şairi) və Mixail Zabelin.

Etikxeber.az

Read Previous

“İnsanlara yardımçı olmaq vətəndaşlıq və vicdan borcumuzdur”-NAQİF HƏMZƏYEV – MM-İN DAHA BİR KOMİTƏSİ “KMDF”-YƏ VƏSAİT KÖCÜRƏCƏK

Read Next

“Nə referenduma, nə yenidən növbədənkənar seçkilərə ehtiyac var” – TAHİR RZAYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir