“Məğlub olduğumu etiraf edirəm…” – Daha bir baş nazir gedir…

İtaliyanın baş naziri Matteo Renzi də istefa verəcəyini bildirib.

Etikxeber.az-ın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu  baş nazir İtaliya konstitusiyasına dəyişikliklərə dair referendumun yekunlarına həsr olunmuş mətbaut konfransında bəyan edib.

“Məğlub olduğumu etiraf edirəm. Bu gün Nazirlər kabinetinin iclasını çağıracam, sonra isə ölkə prezidentinə istefa ərizəmi təqdim edəcəm”- deyə, M.Renzi bildirib.

Ekzit-polların nəticələrinə əsasən, referendumda iştirak edənlərin 59,1 faizi  baş nazirin təkliflərinin əleyhinə səs verib.

Təkliflər, ilk növbədə, dövlət hakimiyyət orqanları sistemində Senatın rol və funksiyasının dəyişilməsini nəzərdə tuturdu.

Referendumda səsvermə hüqüquna malik İtaliya vətəndaşlarının 68 faizi iştirak edib.

Etikxeber.az

Read Previous

Heydər Camal vəfat etdi

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 57 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir