Məhərrəm ayı başladı-AVQUSTUN 30-U AŞURADIR…

Azərbaycanda Məhərrəm ayı başlayıb.

Etikxeber.az-ın məlumatına görə, Hicri-qəməri təqvimi ilə 1441-ci il başa çatır, yeni 1442-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2020-ci il avqust ayının 21-nə təsadüf edir.

Məhərrəm ayının 10-u – Aşura günü 2020-ci il avqust ayının 30-na təsadüf edir.

Oktyabrın 8-də Ərbəin olacaq (40 günü).

Səfər ayı sentyabrın 19-da başlayacaq, 17 oktyabrda başa çatacaq.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə bağlı müraciətində bildirilir ki, koronovirus pandemiyası ilə əlaqədar Operativ Qərargahın qərarına əsasən, Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək.  

Hər il ənənəvi olaraq məscidlərdə deyil, pandemiya səbəbindən bu dəfə Qan bankının paytaxtda və bölgələrdəki filiallarında ehsan niyyəti ilə qan vermək tövsiyə olunur.

Etikxeber.az

Read Previous

“Güclünün gücsüz üzərindəki təzyiqi heç bir zaman qəbul edilən deyil və…”-JALƏ ƏLİYEVA AİLƏ, QADIN, UŞAQ HÜQUQLARI İLƏ BAĞLI GÖRÜLƏN VƏ GÖRÜLMƏLİ OLAN İŞLƏRDƏN, PROBLEMLƏRDƏN YAZDI

Read Next

“Bu imkanları dəyərləndirməyin yolu daha yaxşı təhsil almaq, milli maraqların həqiqi müdafiəçisi kimi özünü təsdiq etmək, dünyada gedən proseslərin səbəb və nəticə əlaqələrini analiz etmək üçün daha dərindən düşünməkdən keçir”-DEPUTAT YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir