Sirac Abışov Sumqayıt Şəhidlər Xiyabanında, Məhərrəm İbrahimov Müşfiqabad qəbiristanlığında-TORPAĞA TAPŞIRILDI – FOTOLAR – YENİLƏNİB – (3)

Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovun nəşi Bakıya gətirilib.

Etikxeber.az xəbər verir ki, onun nəşi yaşadığı evə aparılıb.

Mərhumun cənazəsini yaxınları və qonşularından ibarət böyük izdiham qarşılayıb.

Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimovun mediaya verdiyi məlumata görə, M.İbrahimov bu gün saat 11:00-da Müşfiqabad qəsəbəsində ata və anasının dəfn olduğu qəbiristanlıqda dəfn ediləcək.

***

Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan AzTV-nin operatoru Sirac Abışovun da nəşi yaşadığı Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsinə gətirilib.

Onun nəşi yaşadığı Kərim Kərimov küçəsi hərbi şəhərciyə aparılıb.

Mərhumun cənazəsini yaxınları və qonşularından ibarət böyük izdiham qarşılayıb.

Bildirilir ki, şəhid jurnalist bu gün Sumqayıt Şəhidlər Xiyabanında dəfn ediləcək.

07:59

***

Məhərrəm İbrahimovla vida mərasimi keçirilir.

Məhərrəm İbrahimovun yaşadığı evdə, Bakının M.Ə.Rəsulzadə qəsəbəsində keçirilən vida mərasimində yaxınları, jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak edir.

Qeyd edək ki, mərhum jurnalistin nəşi bu gün səhər saatlarında yaşadığı evə gətirilib.

Şəhid jurnalist Müşfiqabad qəsəbəsində ata və anasının dəfn olduğu qəbiristanlıqda dəfn ediləcək.

10:39

***

Sirac Abışovla vida mərasimi keçirilir.

Sirac Abışovun yaşadığı evdə – Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində keçirilən vida mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, media, ictimaiyyət nümayəndələri iştirak edir.

Şəhid jurnalist Sumqayıt Şəhidlər Xiyabanında dəfn ediləcək.

10:58

***

Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan jurnalist, AzTV-nin operatoru Sirac Abışov dəfn olunub.

Sirac Abışov Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

13:22

***

Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimov dəfn olunub.

Səhid jurnalist Müşfiqabad qəsəbəsində ata-anasının dəfn olduğu qəbiristanlıqda torpağa tapşırılıb.

Etikxeber.az

Read Previous

“Bu, həm Azərbaycan, həm də dünya mediası üçün böyük itkidir…”-PREZİDENTİN KÖMƏKÇİSİ

Read Next

Millət vəkilləri Türkiyədə-KİMLƏRLƏ GÖRÜŞƏCƏKLƏR?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir